Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Distant tədrisin tərəfdarı daha çoxdur - Sorğunun nəticəsi açıqlandı
distant təhsil

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin hansı formada təşkil edilməsi ilə bağlı aparılan sorğuda iştirak edənlərin çoxu tədrisin distant formada keçirilməsinə üstünlük veriblər.

Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumatına görə, onlayn qaydada keçirilən sorğuda ümumilikdə 50 612 rəy qeyd edilib.

Sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını dəstəkləyib.

İştirakçıların 19.5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsinin tərəfdarı olduğunu söyləyib. İştirakçıların 11.3 faizi isə "Digər" bəndini seçib.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »