Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ohanyan: “Türkiyənin Böyük Turan yaratmaqla bağlı öz planları var”
Seyran Ohanyan

Qarabağda məğlubiyyətdən sonra Ermənistanın siyasi səhnəsində bir gün belə sabitlik müşahidə olunmayıb. İqtidarla müxalifət bir-birini ən ağır sözlərlə ittiham edir. Ölkədə işlərin tezliklə qaydasına düşəcəyi inandırıcı deyil. Bu tərəfdən də siyasi hakimiyyətin Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyi daxildə əlavə gərginlik yaradır.

Bizimyol.info xəbər verir ki, hakimiyyətə müxalif qüvvələr Ankara haqda müsbət fikirləri heç cür yaxına buraxmaq istəmir. Baş nazir Nikol Paşinyanın, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamaları müxalifəti özündən çıxarıb. Hakimiyyət açıq şəkildə qonşu dövlətlərlə əməkdaşlığa çağırır, müxalifət isə bu yanaşmanı "xəyanət" hesab edir.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da bu haqda fikir bildirib. “Türkiyənin Böyük Turan yaratmaqla bağlı öz planları var”, - deyə o iddia edib.

Paşinyan Ermənistan cəmiyyətinin düşmənçilik siyasətinə son qoymalı olduğunu söyləmişdi. Qriqoryan isə Türkiyəyə yanaşmanın dəyişməli olduğunu demişdi. Ohanyan daha çox son fikrə münasibət bildirib: “Qoy Qriqoryan öz işiylə -  təhlükəsizliyin təminatıyla məşğul olsun”.

Ohanyan deyib ki, Qriqoryan, ümumilikdə Paşinyan komandası aktiv əməliyyatlar dövründə vəzifəsinin öhdəsindən gəlməyib. Keçmiş müdafiə nazirinin fikrincə, Qarabağda ard-arda səhv qərarlar verilib.

“Onlara elə gəlir ki, Ankaraya boyun əymək Türkiyənin Ermənistana loyal münasibətini təmin edəcək. Türkiyə daha çox Böyük Turan ideyası üzərində düşünür. Bizim hakimiyyət anlamır ki, münasibətlərin yumşalması Ermənistanın və Qarabağın dərin blokadaya salınması anlamına gəlir”.

Ermənistanda Türkiyəyə qarşı nifrət nitqi bir əsrdən çoxdur müşahidə olunur. İrəvan Ankaranı soyqırımda ittiham edir. Türkiyə isə Qarabağ torpaqlarının zəbt edilməsini Ermənistana bağışlamamışdı. Məhz bu amilə görə 1993-cü ildə Ankara qonşu dövlətlə sərhədləri bağlamaq qərarı vermişdi. Amma Qarabağ məğlubiyyəti Ermənistanın Türkiyəyə münasibətini dəyişməyə başlayıb. Paşinyan hökuməti barışığın tərəfdarıdır. Hökumət ölkəni ayağa qaldırmağın başqa yolunu görmür. Ümumiyyətlə, Paşinyanın komandası bölgədə əmin-amanlığın daha çox Ermənistanın davranışından asılı olduğunu etiraf edir. Müxalifət isə Türkiyəyə aqressiv münasibətindən əl çəkmir.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »