Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zöhrabyan: “Hakimiyyət Ermənistanı Türkiyəyə verməyə hazırlaşır”
Naira Zohrabyan

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Onu qınayanlar yenə çoxdur. Paşinyanın Ermənistanın düşmənçilik siyasətindən əl çəkməsinə dair fikirləri çoxunu qıcıqlandırıb. Açıqlama hökumətin ünvanına onsuz da səngiməyən tənqidin dərəcəsini bir az da artırıb. Paşinyan və onun komandası yenə satqınlıqda və Türkiyəyə işləməkdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyanın qalmaqallı açıqlaması ciddi müzakirə olunmağa başlayıb. O, hökümətin Türkiyəni dəstəkləyən siyasət yürütdüyünü bildirib: “Ermənistan hakimiyyəti cəmiyyəti ölkənin Türkiyəyə verilməsinə hazırlayır”. Nə qədər qəribə olsa da, Ermənistanda bu fikirlər ciddi qarşılanıb.

Zöhrabyan arqument kimi hakim partiyanın nümayəndəsi Ovik Ağazaryanın Kəlbəcər haqqında fikirlərini göstərib. “Mənim addımım” fraksiyasının üzvü bu şəhərin heç vaxt Ermənistanın olmadığını deyib: “Ermənistanda elə cəsur adam var ki, Kəlbəcərin bizim olduğunu desin?”

Zöhrabyan deyib ki, bu ifadələr təsadüfi səslənməyib. Deputat düşünür ki, hakim partiyanın üzvü məhz Ermənistan hökumətinin mövqeyini nümayiş etdirir. 24 aprel ərəfəsində  "soyqırımı"nın əhəmiyyətsiz olduğunu göstərmək istəyirlər. Təhlükəsizlik Şurasının katibi türkçülük təbliğatıyla məşğul olur. Xalqı Kəlbəcərin bizim olmadığına inandırmağa çalışırlar”.

Zöhrabyan hakim partiyanı təmsil edən bir neçə adamın eyni anda danışmasına diqqət çəkib. “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü düşünür ki, belə davranış planlaşdırılıb. Onun fikrincə, məqsəd Ermənistanı məhv etmək, ölkəni Turan layihəsinin bir parçasına çevirməkdir.

“Mənim addımım” üzvlərindən əvvəl Nikol Paşinyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına eyham vurmuşdu. Baş nazir demişdi ki, Ermənistan bölgədə qənaətbəxş situasiyanın formalaşmasına töhfə verməlidir. O, düşmənçilik siyasətindən imtinanın zamanı çatdığını bildirmişdi. Bundan bir neçə gün sonra isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində Türkiyəni düşmən saymadığını demişdi. Qriqoryan Ankaradan hər hansı təhlükə gəlmədiyini vurğulamışdı. Onun fikrincə, ümumiyyətlə, bu məsələlərə yanaşmanı dəyişmək lazımdır. Həm Paşinyanın, həm də Qriqoryanın fikirləri müxalifətdə böyük qəzəb doğurub.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »