Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: “Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”
Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi

“Sabah Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 29 illiyini qeyd edəcəyik”.

Bunu Çinin Azərbaycandakı səfiri Qo Min bildirib.

Səfir deyib ki, Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilir: “Bu, aramızdakı dərin ənənəvi dostluğu, Çin xalqının Azərbaycana böyük simpatiya ilə yanaşmasını nümayiş etdirir”.

Qo Min qeyd edib ki, dünyada pandemiyanın yayılmasından sonra Çin və Azərbaycan bu çətinliyi aşmaq üçün bir-birinə böyük mənəvi, maddi dəstək verib, lazımi təcrübələrini bölüşüblər: “Hazırda dünyada yenə pandemiya yayılır. Azərbaycan hökumətinə yaranan çətinliyi aşmaq və pandemiya üzərində yekun qələbə əldə etmək üçün Çin hökuməti yaxın zamanda təmənnasız 150 min doza vaksin göndərmək barədə qərar qəbul edib”.

Səfir deyib ki, bir neçə gündən sonra Azərbaycana vaksinin ikinci, üçüncü partiyası gətiriləcək.(apa)

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »