Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Rusiyadakı baş konsulluqları viza verilməsini dayandırıb
Moskva, Rusiya

Rusiyanın Yekaterinburq şəhərində ABŞ-ın Baş Konsulluğu aprelin 1-dən etibarən viza verməyəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bildirib.

Onun sözlərinə görə, bu qərar ABŞ-ın dövlət katibi Entoni Blinkenlə məsləhətləşmələrdən sonra qəbul olunub: “Bu tədbirlər diplomatik nümayəndəliyin təhlükəsizliyi və onların Rusiyada iş şəraitinin davamlı yoxlamalarının yekunlarına əsasən həyata keçirilir”.

Səfir ölkəsinin Rusiya xalqı ilə əlaqələrinin yüksək olduğunu da qeyd edib.

“ABŞ Rusiya hökumətini Vladivostokdakı Baş Konsulluğumuzun fəaliyyətini yaxın günlərdə bərpa etməyəcəyi barədə məlumatlandırıb. ”ABŞ-ın Yekaterinburqdakı Baş Konsulluğu fəaliyyət göstərsə də, aprelin 1-dən viza xidməti və ABŞ vətəndaşlarına konsulluq xidmətinin göstərilməsini dayandıracaq”, - ABŞ səfirliyinin rəsmi saytındakı açıqlamada vurğulanıb.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »