Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədə pensiya böhranı yaşanır: Real tədbir olacaqmı...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Rusiyada pensiyaçıların sayı ümumi əhalinin 30 faizinə yaxındır. Gürcüstanda isə hər beşinci vətəndaş pensionerdir. Gürcüstanda 4 milyona yaxın əhalinin 800 mini pensiyaçı statusu daşıyır. Azərbaycanda 10 milyon əhalinin 1 milyon 228 mini pensiya alır, onların da 50 faizi yaşa görə pensiya alanlardır. Bu nisbət bizə nə deyir?

Onu deyir ki, Azərbaycanda pensiya sistemində əlçatanlıq region və MDB ölkələri ilə müqayisədə daha çox çətindir. Azərbaycan vətəndaşı qocalmaqdan, daha doğrusu yaşa dolduqdan, gücünü itirdikdən sonra ac qalmaqdan qorxur.

Müstəqillik dövründə Azərbaycanda bir neçə əlavə sosial müdafiə müxanizmləri - ünvanlı sosial yardım, Prezident təqaüdü, müavinətlər və s. kimi yeni mexanizmlər formalaşıb. Amma 2015-2016-cı illərdən sonra ressesiya dövründə hökumətin ortaya qoyduğu mövqe əsas məqamlardan biridir. Təssüf ki, hökumət gəlirlər və xərclər arasında balans yaratmaq üçün əmək bazarının leqallaşdırılması istiqamətində təşəbbüslərdən çox pensiya çıxışının məhdudlaşdırılması istiqamətində qanunvericiliyə çox sərt düzəlişlər etdi.

“Bu gün 1 milyon 228 min nəfərin pensiyası olduğu deyildi. Halbuki iki il əvvəl onların sayı 1 milyon 320 min nəfər idi. Əhalinin orta yaş həddinin yüksəlməsinə baxmayaraq, pensiyaçıların sayı 7 faiz azalıb. Bu, 2017-ci ilin iyun ayında pensiya və əmək qanunvericiliyinə edilən dəyişikliyin nəticəsidir. Burada qeyri-qanuni yollarla pensiya almış şəxslərə qarşı mübarizə tədbirləri çərçivəsində aparılan işlərin də təsiri olub. Haqqı olan pensiyanı itirən çoxlu sayda vətəndaş hökumətdən gileyli qalıb”,- deyə iqtisadçı Rəşad Həsənov Bizimyol.info-ya bildirib.

Rəşad Həsənov Rəşad Həsənov

Ekspert “Hansı sadələşdirmələrə ehtiyac var?” sualımızı da cavalandırıb.

“İlk növbədə pensiya əlçatanlığının artırılması istiqamətində yeni yanaşma ortaya qoyulmalıdır. Azərbaycanda yaş həddi kişilərdə 65-dir, qadınlarda 2026-cı ildə 65 yaşa çatdırılacaq. Bu doğru yaş həddi deyil. Orta yaş həddi ilə uzlaşdırılmalıdır. Yaş həddinin azaldılması istiqamətində mövqe ortaya qoyulmalıdır. Hər il 6 ay arta- arta bu prosses davam edir. Əmək bazarının strukturu təkmilləşdirilməlidir. Ölkədə əməklə məşğul olmuş hər on adamdan yeddisinin pensiyaya çıxmaq şansı yoxdur. Kənd təsərrüfatı sektorunda 1 milyon 700 mindən artıq insan var, onların əksəriyyəti pensiya hüququndan istifadə edə bilməyəcək. Çünki, faktiki olaraq 25 il torpaq mülkiyyətçisi kimi sığorta ödənişləri etməlidirlər. Bu günə qədər də bu mexanizm ardıcıl olaraq tətbiq edilmir. Kapitaldan isə söhbət gedə bilməz, çünki kənd adamlarının elə artıq kapitalı yoxdur ki, öz pensiya fondunu formalaşdırsın. Çoxuşaqlı ailələrlə bağlı məsələyə yanaşmada dəyişiklik edilməlidir. Əvvəllər çoxuşaqlı ailə dedikdə beş və daha çox uşağı olan analar güzəştli formada pensiyaya çıxarılırdı. Bundan başqa, çoxuşaqlı ailə anlayışı dəyişməlidir. İndi 3 və üçdən çox uşağı olan ailələrə çoxuaşqlı ailə statusi verilsə, yaxşı olar. Məsələn, Ukrayna bu təcrübəni tətbiq edir. Liberallaşdırma mümkün qədər edilməlidir ki, Azərbaycan vətəndaşı öz ahıl çağlarının, qocalığının təminatına inansın”.

İlhamə Rəsulova

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »