Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Bu gündən Azərbaycanla qardaşlığımız daha da güclənir”
Mövlud Çavuşoğlu

“Azərbaycanla qardaşlığımız daha da güclənir”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

“Bu gündən etibarən can Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün maneələr aradan qalxır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” bu gündən qüvvəyə minib. Bu protokolun qüvvəyə minməsi ilə Türkiyə vətəndaşları da yeni nəsil şəxsiyyət vəsiqəsi ilə Azərbaycana 90 gün müddətlik vizasız səyahət edə biləcək.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »