Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikadakı telekanal Azərbaycanlıların soyqırımından material hazırladı
Cilovluq soyqrımını

Ermənistanda Türkiyəni soyqırımda ittiham etməyi çox xoşlayırlar. Halbuki dünya tarixinin ən böyük soyqırımlarından birinin müəllifi məhz ermənilərdir. Azərbaycanlılara qarşı insanlığa sığmayan hadisələrdən dünən 103 il ötdü.

Bizimyol.info xəbər verir ki, “Günaz TV” soyqırımla bağlı maraqlı material hazırlayıb. Telekanalın rəhbəri Əhməd Obalı bu haqda “Twitter” hesabında yazıb: “31 martda biz erməni qoşunlarının soyqırıma məruz qoyduğu 700 min azərbaycanlının xatirəsini yad edirik. 1917-1918-ci illərdə minlərlə dinc qadın və uşaq yandırılaraq qətlə yetirilib. İndi demokratik dövlətlər bu faciəyə göz yumur. Allah köməkləri olsun!”

“Günaz TV”-nin materialında erməni silahlılarının törətdiyi vəhşilik barədə ətraflı məlumat verilib. Faciənin bütün istiqamətlərinə işıq salınıb: “31 martın 103-cü ildönümü. 700 min azərbaycanlının soyqırımı. 1917-ci ilin dekabrından 1918-ci ilin martına qədər Andranik erməni qoşunlarına azərbaycanlıları məhv etməyi əmr etdi. İrəvan bölgəsindəki 32 kənd, Eçmiədzin rayonundakı 84 kənd... Gümrü yaxınlığındakı əksəriyyəti qadınlar və uşaqlar olan 3 min nəfər qaçmağa çalışarkən pusquya düşərək öldürüldü. 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürüldü və 50 min azərbaycanlı Zəngəzurda qaçqın oldu. İrəvan vilayətinin 199 kəndində yaşayan 135 min azərbaycanlı öldürüldü və kəndlər dağıdıldı. Qırğınlar zamanı 16 mindən çox ləzgi, Azərbaycan türkü və yəhudi öldürüldü. Quba soyqırımı qəbiristanlığı 1 aprel 2007-ci il tarixində aşkar edildi. Şamaxıda 8027 nəfər qətlə yetirildi. Xalq məscidlərə sığınanda ermənilər oraları yandırdı və nəticədə 1700 günahsız insan diri-diri yandı. Təkcə Bakıda daşnak-bolşevik komissarı Stepan Şaumyanın komandanlığı altında 20 mindən çox azərbaycanlı qətlə yetirildi. Cavanşir, Cəbrayıl, Naxçıvan, Zəngəzur, Qarabağ, Quba, Qusar, Xaçmaz, Şamaxı, Salyan və Bakı bölgələrində ümumilikdə 1000-dən çox kənd və şəhər dağıdıldı. 263 mindən çox azərbaycanlıya soyqırım edildi. 400 mindən çox azərbaycanlı öz yurd-yuvalarında etnik təmizləməyə məruz qaldı. Azərbaycana maddi ziyan 1918-ci il qiymətləriylə 11 milyard rubl təşkil etdi və bu hazırda 400 milyard dolların üzərindədir. Eyni zamanda, İranın Qərbi Azərbaycan vilayətinin Urmiya və ətrafında sərhədin İran tərəfində daha çox vəhşilik baş verdi. İran hökumət sənədlərinə görə, erməni qüvvələri 1917-ci ilin sentyabrından 1918-ci ilin aprelinə qədər Urmiya və ətrafında 200 mindən çox azərbaycanlı və yəhudini qətlə yetirdi. Bir çox kənd tamamilə dağıdıldı. Culfa, Xoy, Mərənd və Maku bölgələrində 60 mindən çox adam qırıldı. Ümumilikdə 1917-ci ilin ortalarından 1918-ci ilin aprelinə qədər 700 mindən çox azərbaycanlı soyqırıma məruz qaldı”.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »