Rusiyalı jurnalist Vladimir Pozner ABŞ vətəndaşıdır və bundan öncə də Gürcüstana dəfələrlə səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, Gürcüstanın “İşğal altında olan ərazilər haqqında” qanununu pozmayıb.
Telejurnalisti müşayiət edən şəxslərin Gürcüstan ərazisinə müvafiq qaydalara əsasən daxil olduqları vurğulanıb.