Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gələcək
Volkan Bozkır

BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının Sədri Volkan Bozkır 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana səfər edəcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma brifinqdə deyib.

O bildirib ki, BMT Baş Assambleyasının Prezidenti Türkiyəyə səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM Başqanı Mustafa Şəntop və Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

V.Bozkır TBMM-də qlobal böhranlar, çoxtərəflilik və BMT barədə çıxış edəcək.

Mətbuat katibi qeyd edib ki, V.Bozkır Hatay bölgəsini ziyarət edərək suriyalı qaçqınlarla da görüşəcək.

Türkiyəyə ziyarətini tamamladıqdan sonra o, Qətər və Azərbaycana səfər edəcək.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »