Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağazaryan: “Kəlbəcər heç vaxt Ermənistanın olmayıb”
Xudavəng monastırı

Ermənistan hakimiyyətində yavaş-yavaş həqiqətləri qəbul etməyə başlayırlar. Xüsusilə Nikol Paşinyan məsələlərə fərqli yanaşmaq yolunu seçib. Baş nazir Azərbaycana və Türkiyəyə düşmən münasibətin əhəmiyyətsizliyindən danışır. Onun komanda üzvləri də oxşar mövqe ortaya qoyurlar.

Bizimyol.info xəbər verir ki, “Mənim addımım” fraksiyasının üzvü Ovik Ağazaryan Kəlbəcərin heç vaxt Ermənistanın ərazisi olmadığını deyib. O, belə düşünənləri ağılsız adlandırıb: “Ermənistanda elə cəsur adam var ki, Kəlbəcərin bizim olduğunu desin? Bütün dünya deyər ki, Kəlbəcər sənin deyil, mənim əzizim, mümkün qədər tez qaytar. Kəlbəcər əvvəl-axır qaytarılmalıydı”.

Açıqlama müxalifəti çox qəzəbləndirib. Müxalif qüvvələr hakimiyyəti dərhal satqınlıqda ittiham etməyə başlayıb. Belə fikirlər onsuz da səslənirdi. Ağazaryan onların əlinə növbəti əsası verib. Hakim partiyanın nümayəndələri isə onu müdafiə etməyə çalışır. “Mənim addımım” üzvləri müxalifətin düşmənçilik toxumu səpdiyini bildirir. Onların fikrincə, indi bölgəyə əmin-amanlıq gətirmək zamanıdır.

“Çiçəklənən Ermənistan” partiyasını parlamentdə təmsil edən Naira Zöhrabyan Ağazaryanın fərdi təşəbbüslə belə fikir ortaya qoymadığını düşünür. Deputat deyib ki, hakimiyyət bilərəkdən xalqı Türkiyə ilə isti münasibətlərə hazırlayır. O, məqsədin Ermənistanı Türkiyəyə vermək olduğunu bildirib: “24 aprel ərəfəsində soyqırımın əhəmiyyətsiz olduğunu göstərmək istəyirlər. Təhlükəsizlik Şurasının katibi türkçülük təbliğatıyla məşğul olur. Xalqı Kəlbəcərin bizim olmadığına inandırmağa çalışırlar”.

“Çiçəklənən Ermənistan” fraksiyasının digər nümayəndəsi Vaqe Enfiacyan da hakimiyyətin mövqeyini tənqid edib. Parlamentin vitse-spikeri Kəlbəcərlə bağlı söylənilənləri cəfəng fikir adlandırıb: “28 il əvvəl bu günlərdə Kəlbəcəri azad etmişdik. Məhz martın 31-də Dadivank bizə qayıtmışdı. Bütün deyilənlərə baxmayaraq, Kəlbəcər həmişə bizim olub və olacaq. İndi şəhərin kimin nəzarətində olmasının əhəmiyyəti yoxdur”.

Qalmaqallı fikirlər səsləndirən Ovik Ağazaryan 1960-cı ildə Zəngəzurda doğulub. İrəvan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Ağazaryanın Ermənistanda bir sıra hüquqi normativ aktların hazırlanmasında böyük rolu olub.

Qeyd edək ki, müxalifət radikal anti-Azərbaycan açıqlamalarla çıxış etsə də, faktiki olaraq barışığa çağıran hakimiyyətin xalq arasında nüfuzu daha yüksəkdir.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »