Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Apple” yeni əməliyyat sistemlərini təqdim edəcəyi tarixi açıqlayıb
“Apple” yeni əməliyyat sistemlərini təqdim edəcəyi tarixi açıqlayıb

“Apple” şirkəti 2021-ci ildə yenidən onlayn formatda baş tutacaq illik Ümumdünya Developerlər Konfransının (WWDC) keçiriləcəyi tarixi açıqlayıb.

“Report” xəbər verir ki, tədbir iyunun 7-11-də keçiriləcək.

Tədbirdə yeni cihazların təqdimatı gözlənilməsə də, “Apple” cihazları üçün yeni nəsil əməliyyat sistemlərinin son versiyaları təqdim olunacaq. O cümlədən “iPhone” smartfonları üçün “iOS 15”, “iPad” tabletləri üçün “iPadOS 15”, “Apple” noutbukları və kompüterləri üçün “macOS 12”, “Watch” “ağıllı” saatları üçün “watchOS 8” və “Apple TV” multimedia konsolu üçün “tvOS 15” nümayiş olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »