Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı Prezidentə şikayətə görə 10 min manat tələb etdi: “Psixi vəziyyətim pisləşib” - Foto
Sevindik Hətəmov
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ondan Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevaya şikayət etdiyinə görə rayonun Aşağı Noxudlu kənd sakini, 1947-cı il təvəllüdlü Gülsüm Nəcəfovanı məhkəməyə verib. İcra başçısı məhkəmə iddiasında 77 yaşlı qadının özü ilə yanaşı, iki oğlunu – Salam və Nazim Nəcəfovları da cavabdeh qismində təqdim edib. O, ana və iki oğlundan 10 min manat təzminat tələb edib.

Bizimyol.info xəbər verir ki, icra başçısının iddia ərizəsinə Salyan rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyilə baxılıb.

Sevindik Hətəmovun iddia ərizəsi Sevindik Hətəmovun iddia ərizəsi

İcra başçısı iddia edir ki, Gülsüm Nəcəfova və övladlarının onun haqqında şikayətləri həqiqətə uyğun deyil. Sevindik Hətəmovun sözlərinə görə, haqqında yalan məlumatlar səhhətinə mənfi təsir göstərib, stress keçirib: “Psixi vəziyyətim pisləşib...”

Nəcəfovların Prezident Administrasiyasına ünvanladığı şikayətlərdə icra başçısının onların əlindən 95 hektar torpaq sahəsini almasından bəhs olunur. Gülsüm Nəcəfova 11 övlad anasıdır. Sözügedən torpaq sahəsi 1998-ci ildə təsərrüfatla məşğul olmaq üçün onun həyat yoldaşı Bayram Nəcəfova verilib. Sevindik Hətəmov Nəcəfovların istifadəsində olan 95 hektar qış otlaq sahələrinin dövlət fonduna geri qaytarılması barədə sərəncam imzalayıb. Daha sonra həmin ərazinin “Aztəsərrüfat” MMC-yə icarəyə verilməsi barədə qərar qəbul edib.

Gülsüm Nəcəfovanın sözlərinə görə, onlar istifadələrində olan ərazidən imtina etmədiyinə görə, övladlarını şərləyib həbs etdirməklə hədələyiblər. Onları əkin sahəsindən döyə-döyə aparıb, daha sonra polisə müqavimət adıyla cərimələyiblər. Bütün bunlardan sonra o, məcbur qalıb, notarial qaydada sənədi imzalamağa məcbur olub.

İcra başçısının iddiası üzrə martın 1-də məhkəmə qərar çıxarıb. Qərara əsasən, 77 yaşlı qadın və iki oğlu icra başçısına 2000 manat təzminat ödəməlidir. Üstəlik, şikayətdə yazdıqlarının böhtan olub-olmadığının araşdırılması məqsədilə təyin edilmiş linqvistik ekspetizanın xərcini – 150 manatı ödəmək öhdəliyi də onların üzərinə qoyulub.

Gülsüm Nəcəfova qərarın qanunsuz olduğunu bildirib: “Biz kənd adamıyıq, torpaqla, əkin-biçinlə dolanırdıq. O yerdən övladlarım, onların ailələri, dolanırdı. Çörəyimizi əlimizdən almaqları azdır, özümüzü də cərimələtdirir. Bizdə 2000 manat hardandır? Oğlanlarım fəhlə işi tapanda günü 10 manata işləyir, olmayanda oturub baxırlar. 2017-ci ildə 55 hektar pambıq əkmişdik. 160 ton hökumətə pambıq vermişdik...”

58 yaşlı Sevindik Hətəmov 2016-cı ilin martından Salyanın icra başçısıdır. Bundan əvvəl isə o, 4 il Yardımlı rayonunda eyni vəzifədə işləyib.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »