Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft bazarında sabitsizlik: Qlobal böhranın manata və Azərbaycan iqtisadiyyatına təsirləri - Ekspert rəyi
Neft platforması

Neft bazarında durum hasilatçılar üçün ürəkaçan deyil. İri neft ixracatçılarının hasilatın azaldılmasına dair saziş imzalamasına baxmayaraq neft qiymətləri düşməkdə davam edir. Xüsusilə koronavirus pandemiyasının dünya iqtisadiyyatına, eləcə də neft bazarına zərbəsi danılmazdır.

Son günlər Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti də sabit olaraq qalmır. Dünən, martın 30-da “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,76 ABŞ dolları təşkil edirdisə, bu gün həmin göstərici 64,03 ABŞ dollardır.

Ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektorunun formalaşdırması və qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itiriməsi devalvasiya narahatlığına səbəb ola bilir.

Qlobal neft bazarında neftin qiyməti düşəndə və qalxanda Azərbaycan iqtisadiyyatında nə baş verir sualına mümkün olan ən yaxşı cavabı tapmaq üçün iqtisadçı ekspert Xalid Kərimliyə müraciət etdik.

Xalid Kərimli Xalid Kərimli

“Neftin qiyməti hal-hazırda postpandemiyadan sonra yaranacaq bütün müsbət xəbərlərə köklənib. Vaksinləşmə prosesi pandemiyanı yaxın bir neçə ayda kontrola alacaq OPEC+ ölkələri nizamlı şəkildə hasilatın məhdudlaşdırılmasını yumuşaldacaqlar. Karantin rejiminin bəzilər ölkələrdə uzadılmasını müşahidə edirik. Vaksin istehsal edən, tibbi yüksək səviyyədə olan və əhalinin tibb şüurunun inkişaf etdiyi Almaniyada aprelin 18-ə kimi karantin davam edəcək. Bu ölkədə baş verənlər bazara təsir edir. Neftin qiymətinin bir qədər də aşağı düşmə ehtimalı var”,-deyə X.Kərimli Bizimyol.info-ya bildirib.

Ekspert deyib ki, bazarda qiymətləri yüksəldən və qiymətləri yuxarıda saxlmağa çalışan OPEC+ ölkələrinin hasilatı məhdudlaşdırması ilə tələbin çox artacağı gözləntisi var: “Ancaq görünən odur ki OPEC+ neft hasilatının

məhdudlaşdırmasını yumşaltması və karantinlərin rejiminin ləğv edilməsi ilə artan tələb arasında tarazlıq olacaq. Yəni bazarda neft qıtlığı olmayacaq”.

X.Kərimli bildirib ki, hazırkı neft qiymətləri il üzrə pozitiv-optimist ssenarilər üzrə çatacağı ən yüksək həddələrdədir: “Neftin qiymətləri bundan sonra çox artmayacaq. Neftin 5-10 faiz ucuzlaşması trendi var.

Bu proses vaksinləşmənin genişlənməsi və bazarın tam açılacağına dair müəyyənlik formalaşana kimi davam edəcək.

Neftin nə kəskin ucuzlaşmasını, nə də kəskin bahalaşmasını gözləməli deyilik. Vaksinləşmədən gələb müsbət xəbərlərlə neftin bir az bahalaşacağını gözləmək olar.

Epizodik və siyasi məsələlər də neftin qiymətinə təsir göstərir. Məsələn, Suveş kanalında baş vermiş texniki problem neftin bir neçə faiz bahalaşmasına gətirib çıxartdı. Bu hadisə ilə bağlı bahalaşmanın təsiri yavaş-yavaş aradan qalxır, ucuzlaşmaya keçir”.

Ekspert X.Kərimli bildirib ki, neftin 5-10 faiz ucuzlaşmasının manata ciddi təsiri olmayacaq: “2021-ci ildə neft kəskin ucuzlaşmasa, neftin bu səviyyədə ucuz qiymətdə qalacağına dair vəziyyət formalaşmasa, manatla bağlı cidd risk olmayacaq.

Manatla bağlı büdcədə proqnozlar 35 dollardır. 35 dollarlıq vəziyyətə də ölkə hazırlıqlıdır. Neftin büdcədə nəzərdə tutulan qiymətdə 25-30 dollar baha olması da əlavə resurs yaradır, Dövlət Neft Fondu üçün avantajlar formalaşdırır, rezervlərin daha da artmasına və büdcəyə əlavə vəsaitlərin toplanmasına gətirib çıxarır”.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Rusiyadakı xarici vətəndaşların müvəqqəti yaşayış müddəti uzadılacaq
Son xəbərlər
Bütün xəbərlər »