Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Türkiyəli həmkarlarımızla hər zaman bizi və onları qane edən həlli tapa bilirik”
Sergey Lavrov

“Rusiya-Türkiyə münasibətləri çox zəngindir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun Yaxın Şərqlə bağlı keçirdiyi sessiyada çıxışında bildirib.

S. Lavrovun sözlərinə görə, həm yüksək səviyyədə təmaslar, həm də gündəlikdə olan məsələlərin məzmunu baxımından Rusiya-Türkiyə münasibətləri çox tutumlu və zəngindir: “Bizim birgə çox layihəmiz var. Rusiya Prezidenti dəfələrlə bu münasibətləri şərh edib, bildirib ki, iki ölkə arasında eyni mövqedən çıxış edilməyən məsələlər az deyil. Lakin biz münasibətlərimizi qiymətləndiririk. Çünki türkiyəli həmkarlarımızla hər zaman bizi və onları qane edən həlli tapa bilirik. Bu, həm prezidentlərin, həm də XİN başçılarının görüşləri üçün xarakterikdir”.

S. Lavrov Rusiya ilə Türkiyə arasında İdliblə bağlı prezidentlər tərəfindən razılaşdırılmış protokolun olduğunu xatırladıb: “Bir neçə ilə əvvəl bu protokol razılaşdırılıb. Lakin protokol razılaşdırıldığından daha ləng icra edilir. Bununla belə, Türkiyə tərəfi bu protokolla bağlı bütün öz öhdəliklərini təsdiq edir”.(apa)

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »