Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya müdafiə nazirinin müavini Qarabağa necə gəlib… - “On illərlə qalmaq istəyirlər”
Xankəndi

Rusiya Müdafiə Nazirinin müavini Dağlıq Qarabağa gəlib. O, Rusiya "sülhməramlıları" üçün nəzərdə tutulan 150, 250 nəfərlik 25-ci modul şəhərciyinin açılışında iştirak edəcək.

1960 nəfərlik heyyət üçün beş mindən çox yerlik şəhərciklərin salınmasının mənası nədir? Bu qədər şəhərçik salınması nəyə xidmət edir?

Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, belə bir modul tipli şəhərciklərin tikilməsi ondan xəbər verir ki, Rusiya burada öz şəxsi heyyətini artıra, yeni texnikalar və əlaqə qüvvələr cəmləşdirə bilər.

Məhəmməd Əsədulzadə Məhəmməd Əsədulzadə

“Rus sülhməramlı qüvvələrinin məsuliyyət zonası olan Qarabağın müəyyən bir hissəsində hazırda Rusiya şəhərciklər tikməklə məşğuldur. Orada modul tipli hospitalların da tikintisi nəzərdə tutulur. İlk növbədə 1960 nəfər şəxsi heyətdən ibarət olan sülhməramlılar üçün Şuşa, Laçın, Xocavənd, Ağdərədə bu qədər şəhərciklərin tikilməsi Rusiyanın yaxın və uzaq prespektivdə müəyyən hədəflərindən xəbər verir. İlk növbədə 1960 nəfərdən ibarət olan şəxsi heyyət üçün Xankəndidə olmaq şərti ilə üç mərtəbəli kazarma tikintisi məqbuldur. Biz bilirik ki, Rusiyanın Cənubi Qafqazda geostrateji maraqları var. Rusiya "sülhməramlı" adı altında bu ərazilərdə gəlib yerləşməsi əlbəttə ki, müəyyən bir perspektivdə Azərbaycan və Ermənistana təzyiq siyasətini formalaşdırmağa xidmət edir.

Rusiyanın bu siyasəti Türkiyə və Azərbaycan arasında inkişaf etməkdə olan hərbi əlaqələr və siyasi-hərbi koordinasiyalar fəaliyyəti qarşısında hər hansı üstünlük qazana bilməyəcək. Buna baxmayaraq, Rusiyanın bu planlarına qarşı Azərbaycan sərt mövqeyini qoymalıdır. Hesab edirəm ki, bu şəhərciklərin tikintisinin geniş şəkildə həyata keçirilməsi mütləq şəkildə Azərbaycanla razılaşdırılmalıdır. Rəsmi Bakının ilk növbətə icazəsi alınmalıdır. Əgər belə bir icazə alınmırsa, ikitərəfli şəkildə Rusiya müdafiə naziri Qarabağa gəlib açılışda iştirak edirsə, bu Rusiyanın sülhməramlı məsələsində qeyri-səmimiliyini göstərir və bu planın Azərbaycana qarşı olduğu görüntüsünü yaradır. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı ciddi şəkildə rəsmi Moskvaya öz etirazını bildirməlidir. Hələ müdafiə naziri müavininin Qarabağa hansı şəkildə gəlməsi ilə bağlı hər hansı bir məlumat yoxdur”.

Politoloqun sözlərinə görə, böyük şəhərçiklərin tikintisinə ciddi şəkildə diqqət yetirməlidir, çünki orada mülki əhali və silahlı birləşmələr yerləşdirilə bilər.

“Rusiya belə məsələlərdə maraqlı görünür. Hesab edirəm ki, onların hədəflərindən biri də Qarabağda on illərlə qalmaqdır. Amma düşünürəm ki, Azərbaycan 5 ildən sonra əgər onun suverenliyinə və milli təhlükəsizliyinə təhdid edəcək fəaliyyət proqramı həyata keçirilərsə, sülhməramlıların qəti şəkildə çıxarılmasını tələb edəcək”.

Leyla Mirzə

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »