Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini: "Vaksinlərin saxlanılması üçün lazımi şərait yaradılıb"
Viktor Qasımov

“Azərbaycana gətiriləcək “AstraZeneca” (Vaxzevria) və “Pfizer-BioNTech” vaksinlərinin saxlanılması üçün lazımi şərait yaradılıb”.

Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, peyvənd gələndə üzərində sənədi olur: "Sənəddə vaksinin hansı temperaturda, hansı şəraitdə saxlanılması göstərilir. Bunu istehsalçı bəyan edir. “AstraZeneca” 2-8 dərəcə temperaturda saxlanılır. “Pfizer-BioNTech” vaksinlərinin saxlanması daha çətindir”.

V.Qasımovun sözlərinə görə, peyvəndin istifadəsi ilə bağlı göstərişləri tibb işçiləri bilir: “Peyvənd məntəqəsində işləyənlər təlim keçiblər və vaksinlərdən istifadə qaydasını bilirlər”.

Nazir müavini qeyd edib ki, gətiriləcək vaksinlərin vurulması üçün xüsusi məntəqənin ayrılması üçün məsələ hələlik həll olunmayıb.

Məlumata əsasən, aprelin 5-də ilkin mərhələdə Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək. Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Qeyd edək ki, “AstraZeneca” +2-8, “Pfizer” -70 dərəcə temperaturda saxlanılır.(apa)

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »