Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İllərdir təhsil sistemində davam edən məntiqsizlik...
Təhsil Nazirliyi

Ali təhsil müəssisələrinə qul imtahanları yaxınlaşır. Hər il olduğu kimi bu il də abituriyentlər və valideynlər arasında imtahan həyəcanı artmaqdadır.

Hər bir şagirdin arzusu təhsilini ali səviyyədə davam etdirmək olsa da, bir çox tələbələrin balı çatmadığı üçün orxa ümumtəhsil müəssisələrinə üz tutmalı olurlar. Lakin orta ümumtəhsil sistemində illərdi alnaşılması çətin olan bir məsələ var. Məsələn, abituriyent ikinci ixtisas qrupu üzrə imtahan verir və balı çatmadığı halda təhsilini orta ümumtəhsil müəssisəsində davam etdirmək istədikdə çox maraqlı halla qarşılaşır. Belə ki, kolleclərdə ixtisas seçimi aparan zaman öz seçdiyi ixtisas qrupu üzrə yox, digər ixtisas qrupları üzrə təhsilini davam etdirməli olur. Bu tələbələrin təhsil almasında çətinlik yaradır.

Təhsil eksperti Elçin Əfəndi məsələ ilə bağlı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, orta ümumtəhsil müəssisələrinə qəbul aparılarkən yalnız buraxılış imtahanının nəticələri əsas götürülür.

Elçin Əfəndi Elçin Əfəndi

“Buraxılış imtahanın nəticələri Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə 300 ballıq sistemlə müəyyən olunur. Əgər abituriyent ikinci qrupa sənəd veribsə, orada əlavə fənn kimi tarix, coğrafiya və riyaziyyat fənlərindən imtahan verir. Bal toplamadığı halda təəssüf ki, ali təhsil müəssisəsinə qəbul ola bilmir və o zaman, 11 illikdən orta ümumtəhsil müəssisələrinə qəbul ola bilmək üçün buraxılış imtahanında əldə etdiyi nəticə əsasənda müsabiqəyə qatılır. Təbii ki, bu, həm doqqoz illikdən, həm də on bir illikdən keçərlidir. 11 illikdən müsabiqəyə qatıldığı zaman buraxılış imtahanının əsasında birinci, ikinci, üçüncü, dördüncü və hətta beşinci ixtisas qrupuna daxil olan, qabiliyyət tələb edən ixtisasları seçə bilər. Qəbul olunmuş qanunvericiliyə əsasən, orta ixtisas müəssisəsinə qəbul üçün buraxılış imtahanında əldə olunmuş nəticə yetərli hesab olunur. Yəni, qəbul proseduru onun əsasında aparılır.

Ona görə də, subbakalavrlara imkan yaradıldı ki, onlar ali təhsil müəssisəsinə qəbul olub, ixtisaslarını artıra bilsinlər. Məsələn, deyək ki, ikinci və ya üçüncü qrupa imtahan verən abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib və o, gedib kollecə birinci ixtisas qrupu üzrə olan “Komputer elmlərinə” qəbul olundu. Bu tələbə 3 il ərzində orada təhsil alır və komputer bilikləri ona öyrədilir. Sonrakı mərhələdə isə subbakalavrlara şans verilir ki, onlar imtahansız ali təhsil ala bilsin”.

Ekspert bildirib ki, məsələn, abutirient 160 bal toplayıbsa və buraxılış imtahanının balı 105-110 baldırsa, o zaman, kolleclərdə ikinci ixtisas qrupuna daxil olan ixtisasları seçmək imkanı verilir.

“Abuturientin balı yetmirsə, seçim zamanı başqa ixtisas qrupuna daxil olan ixtisasları da yazıbsa, o zaman o, balı hansı yerə çatırsa, o ixtisasa düşür.

Sizin fikrinizə mən haqq qazandırıram. Təssüf ki, belə bir məqam var. Orada belə bir kriteriya formalaşmalı idi ki, ikinci qrupa gedən abituriyent, yalnız ikinci qrup üzrə orta ixtisas təhsil müəssisələrində hansı ixtisaslar varsa onu seçməlidir. DİM mərkəzi yalnız üç fənnən qəbul aparılmasını əsas hesab edir. Yəni, bu fənnləri bilirsə, bu kollec təhsili ala bilər”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »