Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya səfiri: “Regionda geosiyasi vəziyyət dəyişməyə davam edir”
Mixail Boçarnikov

Həştərxanda azərbaycanlı politoloq, publisist, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadənin regionun inkişaf perspektivlərinin müzakirə olunduğu açıq onlayn mühazirəsi baş tutub.

“Report” xəbər verir ki, onlayn mühazirə çərçivəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da çıxış edib və Xəzəryanı ölkələrin sıx əməkdaşlığının vacibliyini vurğulayıb.

“Regiondakı geosiyasi vəziyyət ciddi şəkildə dəyişib və dəyişməyə davam edir: ticarət-iqtisadi əməkdaşlıqda və yeni nəqliyyat kommunikasiyalarının inkişafında yeni perspektivlər meydana çıxıb. Bildiyiniz kimi, bu il İkinci Xəzər İqtisadi Forumu və Xəzəryanı ölkələrin liderlərinin altıncı sammiti keçiriləcək. Müxtəlif sənədlər imzalanmaq üçün hazırlanır. Bu baxımdan, 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın, eyni zamanda, ona aid imzalanmış bütün sazişlər və protokollar toplusunun icrası mühüm rol oynayır. Onların həyata keçirilməsi bütün Xəzər regionunun inkişafına, rifah, sabitlik və firavanlıq zonasına çevrilməsinə böyük töhfə olacaq.

Bugünkü kimi mütəxəssis müzakirələri və yekunda verilən tövsiyələr də bu prosesə az töhfə vermir. Onlar mütləq ölkələrimizin Xəzər gündəminin təyin edilməsində peşəkar cəmiyyət və ixtisaslaşmış dövlət qurumları tərəfindən nəzərə alınacaq”, - diplomat vurğulayıb.

Öz növbəsində politoloq İlqar Vəlizadə rusiyalı tələbələrə Xəzər regionunun tarixi və mövcud geosiyasi vəziyyəti barədə danışıb. O cümlədən Xəzər dənizinin statusu, Xəzər Konvensiyasının imzalanmasından sonra onun bölünməsi (Xəzər beşliyi ölkələri arasında karbohidrogen yataqlarının paylanması da daxil olmaqla) haqqında söhbət gedib. Ekspert həmçinin regional təhlükəsizlik və hərbiləşmə məsələlərinə də toxunub. Mühazirənin son hissəsi Xəzər regionunun unikal ekoloji mühitinə həsr olunub.

“Ölkələrimiz bu gün nadir hallarda rast gəlinən yüksək səviyyədə danışıq qabiliyyətinə sahibdir. Biz Xəzər dənizinin sahibiyik və münasibətlərdə qızıl ortanı tapmağı bacardıq”, - o bildirib.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »