Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Üzük kimi dörd tərəfdən azərbaycanlıların mühasirəsindəyik...”
Erməni uşaqları döyüşə aparılır

Gorusdan bir qədər aralıda, Ermənistanın Azərbaycanın Laçın rayonu ilə sərhəd Xnatsax kəndinin ətrafında mövqe tutan erməni hərbçiləri deyirlər ki, azərbaycanlı hərbçilər onları dörd tərəfdən üzük kimi əhatəyə alıb. Və istədikləri vaxt onların postunu tuta bilərlər.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti yazır. Bildirilir ki, Xnatsax kəndinin ətrafında kiçik erməni blok-postu qalır, onu erməni hərbçiləri qoruyur. Hərbçilərə kənd sakinləri, könüllülər, müharibə veteranları kömək edir. “Onlar həmin postun kənd üçün həyati əhəmiyyətini dərk edirlər. Bu mövqe Azərbaycan qoşunları tərəfindən mühasirəyə alınıb. Əgər rəqəmləri açıqlamasaq o zaman qüvvələr nisbəti belədir-düşmən bizim qüvvələr üzərində ikiqat üstünlüyə malikdir”,-nəşr bildirir.

“Faktiki olaraq bu bizim sərhədimizdir, biz onu qoruyuruq, amma onlar istədikləri vaxt postu tuta bilərlər. Biz sadəcə olaraq üzük kimi əhatəyə alınmışıq. Dörd tərəfdən, 100 metr məsafədə azərbaycanlılar dayanıb, onların bayraqları dalğalanır”,-postda dayanan erməni hərbçilərindən biri deyib.

Hərbçi deyib ki, qorxularından hərbi formanı bir dəqiqə də əyinlərindən çıxarmırlar, çünki mühasirədədirlər və əgər formanı çıxarsalar onları əsir götürə bilərlər.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »