Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlıları üçün Şuşada və Laçında modul tipli şəhərciyin tikilməsi etirazlara səbəb olub – Hərbi ekspert
Rusiya sülhməramlıları üçün Şuşada və Laçında modul tipli şəhərciyin tikilməsi etirazlara səbəb olub – Hərbi ekspert

Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Xankəndində Rusiya sülhməramlıları üçün tikilmiş 250 yerlik növbəti modul tipli şəhərciyin açılışı olub. Bu şəhərçiklərin tikintisinin davam etdiriləcəyi və aprelin sonuna qədər isə mobil hospital işə düşəcəyi bildirilir.

Rusiyada fəaliyyət göstərən "Ədalətli Rusiya" partiyasının Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi hesabına bu ölkənin ərazilərinin genişləndirilməsi haqqında tezisin partiyanın seçkiqabağı proqramına daxil ediləcəyi bildirilir.

Yayılan bu məlumatlar Azərbaycan cəmiyyətində müzakirələrə və etirazlara səbəb olub.

“Rusiyanın Azərbaycan ərazisi olan Qarabağa yerləşdirdiyi sülhməramlılar üçün modul tipli şəhərçiyin salması ilk dəfə deyil. Bu tip hərbi şəhərçiklər əvvəllər də salınıb, indi də tikintisi davam etdirilir. Rusiya sülhməramlılarının çadırda və ya digər müvəqqəti yaşayış zonasında yerləşməsi heç bir ölkə üçün qəbul edilən deyil. Lakin modul tipli şəhərçiklərin Şuşa və Laçında da salınması Azərbaycan ictimaiyyətində müəyyən qıcıq yaradır”.

Ədalət Verdiyev Ədalət Verdiyev

Bunu Bizimyol.info-ya hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert hesab edir ki, mövcud avtomobil yoluna alternativ Laçın-Xankəndi avtomobil yolu salındıqdan sonra Şuşa və Laçındakı modul tipli şəhərçik köçürüləcək.

“Rusiyada fəaliyyət göstərən "Ədalətli Rusiya" partiyasının Dağlıq Qarabağ Azərbaycana birləşdirilməsi ilə bağlı açıqlaması absurddur. Bu partiya kanalizasiya səviyyəsində olan reytinqini siyasi cəhətdən passiv olan rusiyalıların gözündə qaldırmaq və ermənilərin ona olan münasibətini yüksəltmək üçün belə bir bəyanat səsləndirilib. Bu bəyanat ən azından Rusiyanın Azərbaycanla və Qarabağla bağlı səsləndirdiyi fikirlərə, 10 noyabrda imzalanmış üç tərəfli bəyanata ziddir. Bu, "Ədalətli Rusiya" partiyasının rəhbərliyinin siyasi cəhətdən savadsız və uzaqgörən olmamasından irəli gəlir”,-deyə hərbi ekspert Ədalət Verdiyev bildirib.

Son xəbərlər
Bütün xəbərlər »