Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsti havalarda bizə doğru "sürünən" təhlükə - Video
İsti havalarda bizə doğru "sürünən" təhlükə - Video

Aprel ayı başlayan kimi ilan sancmalarının sayı artır. Mütəxəssislərə görə, ilan sancmaları müxtəlif olur.

Belə ki, sancmalar yüngül, orta, ağır və daha ağır dərəcəli ola bilər.

Yüngül sancma zamanı zəhər dişləri dərinə batmır, dəri üzdən cızılır və zədələnmiş orqan yüngül şişir. Bu şiş adətən 1-2 günə keçib gedir.

İlansancmalarının 20-25 faizi yüngül sancmalar,40-45 faizi orta dərəcəli, 30-35 faizi ağır və 1-3 faizi daha ağır dərəcəli sancmalar olur.

Daha ağır dərəcəli sancmalar həyati vacib orqanlara baş-beyin, ürək, böyrək və ya bu nahiyələrə yaxın , üz, baş, boyun və iri qan damarlarının sancılmasıdır. Bu zaman həyati vacib orqanların funksiyası pozulur, fəaliyyəti dayanır. Qısa müddət ərzində zərərçəkmiş ölür.

AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Bizimyol.info-ya açıqlamasında bildirib ki, ilan sancması zamanı həmin nahiyədə göyərmə, iltihab, qusma, qarında ağrı, ishal, güclu susuzluq hissi, şok, psixoloji pozğunluqlar, ürək ritminin pozulması, baş ağrısı və tənəffüs pozğunluğu kimi əlamətlər müşahidə olunur.

“ İlan sancması zamanı çox aktiv hərəkətlilik olmamalıdır. Sancma zamanı xəstəni sakitləşdirib rahat vəziyyət vermək lazımdır. İlan sancdıqdan bir müddət sonra həmin nahiyə şişəcəyi üçün yaraya yaxın nahiyədə sıxıcı əşyaları (üzük, bilərzik və s.) çıxarılmalıdır. Yara su ilə yuyulmalıdır. Sancma yerinə sabun vurmaq olmaz”.

T. İsgəndəroov qeyd edib ki, yara əl və ya ayaqdadırsa, yaraya sarğı qoymaq alzımdır.

Yara olan nahiyəyə turniket (jqut) qoymaq olmaz.

Yara nahiyəsi soyuq kompress edilməlidir. Yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz.

“ Zərəçəkmişə bol miiqdarda maye içirmək vacibdir. Çünki zəhər bədəndən böyrəklər vasitəsilə atılır. Maye dedikdə bura su, kofe və digər vasitələr aiddir. İlan sancmış şəxsə alkoqollu içki vermək olmaz. Hadisə baş verən kimi həkim çağırmaq və həkim gələnə qədər xəstəyə ilkin yardım göstərilməlidir. Həkim gələn zaman göstərilən yardımlar sadalanmalıdır.” –deyə ekpert bildirib.

Son xəbərlər
Bütün xəbərlər »