Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məzahir Pənahovun sorğulanan “Şərəf”i
Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının sədri, fizika professoru Məzahir Pənahov “Şərəf” ordeni ilə təltif olunub.

Azərbaycanın ictimai-siyasi həyatında “uzunmüddətli və səmərəli fəaliyyətinə görə”. Bu təltif dərhal sosial şəbəkələrdə uzunmüddətli və “səmərəli” tənqidə məruz qaldı. SŞ istifadəçiləri, blogerlər, jurnalistlər arasında Məzahir Pənahovun MSK sədri olduğu “uzunmüddətli” dövrdə keçirilmiş seçkilərə “səmərəli” töhfələrini xatırladanlar da oldu. Zamanında – növbəti parlament seçkilərindən birində Qarabağ bölgəsindəki məşhur dairədində nəticələrdən heyrətlənın bir müxalif yazar Məzahir Pənahovu məşhur illüzionçu Devid Kopperfildə bənzədərək belə bir cümlə qurmuşdu: “Məzahir Pənahov əsl sehrbazdır; qutuya kişi atırsan, o qutudan qadın çıxarır”.

“Şərəf” ordeni “Şərəf” ordeni

“Şərəf” ordeninə gəlincə, Bizimyol.info xəbər verir ki, 2007-ci il fevralın 16-da təsis olunub. Ancaq iki il heç kimə verilməyib. 2009-cu ildə ilk 10 nəfərə verilib. İlk təltif Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir-Cəlal oğlu Paşayevə verilib. Ondan sonra Milli Elmlər Akademiyası Tarix İnstitutunun o zamankı direktoru, keçmiş deputat, akademik Yaqub Mahmudov, AMEA-nin keçmiş Prezidenti Akif Əlizadə, akademik Asəf Nadirov, AMEA-nın vitse—prezidenti, akademik İsa Həbibbəyli, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, memar Rasim Həsən oğlu Əliyev (Prezident İlham Əliyevin əmisi oğlu), ilahiyyatçı-alim, akademik Vasim Məmmədəliyev, SOCAR birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və şair Vaqif Səmədoğlu “Şərəf” ordeninə layiq görülüb.

Qanuna görə, “Şərəf” ordeni təkcə Azərbaycan vətəndaşlarına verilmir, həm də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də verilir. Məsələn, əcnəbilər arasında Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin və Avropa Olimpiya Komitələrinin Prezidenti (korrupsiyaya görə həbs olunmuş) Patrik Hikkinin adları dərhal diqqəti cəlb edir. Bəs vətəndaşlığı olmayan şəxs də varmı? Bunu xüsusi olaraq araşdırmağa həvəs göstərmədik. Bəlkə də məsələnin formal deyil, faktik tərəfinə baxsaq, Azərbaaycanın müstəqilliyinin əleyhinə səs vermiş deputat Arif Rəhimzadənin vətəndaşlığı həmişə cəmiyyətdə sorğulanıb. O cümlədən, “Moskvada striptiz-bar işlədən keçmiş spiker Oqtay Əsədova bu “Şərəf” nədən?!” deyə sual edənlər də olur.

“Şərəf”ləndirilənlər arasında Abid Şərifov, Yaqub Eyyubov, Ramiz Mehdiyev, Cəlal Əliyev, Vasif Talıbov, Hacıbala Abutalıbov, Novruz Məmmədov, Cahangir Əsgərov, Bəylər Eyyubov kimi xüsusi siyasi koloritli adlar da var.

Bəs “Şərəf” nəyə görə verilir?

1. Azərvaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;

2. Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;

3. İqtisadi, elmi-texniki inkişafda müstəsna xidmətlərinə görə;

4. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.

Orden qızıldan, platindən. Yaqutdan düzəldilib.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »