Böyük Britaniyada son sutka ərzində 4040 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 341 736 nəfərə çatıb.
APA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 56 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 670 nəfərə çatıb.