Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft OPEC+ görüşü ərəfəsində ucuzlaşdı
Neft, qiymət

Son günlər Süveyş kanalında hərəkətin bərpası, Avropada, Hindistanda, ABŞ-ın bəzi regionlarında koronavirusla bağlı çətin vəziyyət, habelə digər faktorlar OPEC+ görüşü ərəfəsində neftin ucuzlaşmasını şərtləndirir.

“Report” xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 19:17-ə olan vəziyyətə görə “Brent” markalı neftin iyun fyüçersləri 1,22 faiz ucuzlaşaraq 64,13 ABŞ dollarına, “WTI” markalı neftin may fyüçersləri də 1,64 faiz ucuzlaşaraq 60,55 dollara satılıb.

“Reuters” mötəbər mənbəyə istinadən xəbər verir ki, OPEC+ çərçivəsində aprelin 1-nə təyin olunmuş nazirlərin görüşündə Səudiyyə Ərəbistanının cari hasilat ixtisarı səviyyəsini iyun ayında da davam etdirməyə, son karantin məhdudiyyətləri ilə bağlı birtərəfli ixtisarın müddətini uzatmağa hazırdır.

Bütövlükdə karantin tədbirlərinin bərpası və peyvəndləmə ilə bağlı mövcud çətinliklər səbəbindən 2021-ci ildə neftə tələbatın dirçəliş sürətinin gündəlik 1 milyon barel azala biləcəyi bildirilir.

Bununla yanaşı, bazar iştirakçıları və ekspertlərin qənaətincə, İranın ABŞ və BMT-nin müvafiq sanksiyalarına baxmayaraq, Çinə neft ixracatını davam etdirərək gündəlik 1 milyon barelə çatdıra biləcəyi güman edilir.

Həmçinin ABŞ dollarının bahalaşmasının da neftin qiymətlərinə mənfi təsir göstərdiyi irəli sürülür.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »