Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlanlarla birgə yaşamağın bilməli olduğumuz sirrləri - Video
İlanlarla birgə yaşamağın bilməli olduğumuz sirrləri - Video

İlan yaşayan ərazilərdə insanların müdaxiləsi artdıqca, ilanlarla rastlaşma halları da artır. Yəni insanlar ilan olan ərazilərdə ev tikirsə, iş yerləri açıb işləyirisə və ya istirahət edirsə, ilanlarla “birgə yaşamağı” öyrənməlidir.

AMEA Zoologiya İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Bizimyol.info-ya açıqlmasında bildirib ki, ilanların hamısı zəhərli deyil və onlar heç vaxt insana hücum etmir.

İlanlar ancaq özlərini müdafiə etmək üçün sancır. Bunu və ümumi ilanlar haqqında məlumatı olmayan insanlar onlara düşmən kimi baxır, hətta onlarla rastlaşarkən öldürmək istəyir.

“Dünyada məlum olan 3500-dən çox inan növlərindən yalnız 410 növ zəhərlidir. Bunlardan isə yalnız 232 növü insan üçün təhlükəlidir:

Təvəkkül İsgəndərov Təvəkkül İsgəndərov

"Azərbaycanda yayılmış 28 növ ilanlardan isə yalnız 6 növü insan üçün təhlükəlidir və onlar Levant gürzəsi, Adi qalxansifət, Radde dağ gürzəsi, Şamaxı çöl gürzəsi, Lotiyev çöl gürzəsi və İrəvan çöl gürzəsidir. Bu 6 növ zəhərli və təhlükəli ilanlara əsasən Naxçıvan Muxtar Respublikasında, Abşeron ərazilərində, Cənub bölgələrinin dağlıq ərazilərində rast gəlmək olur”.

Espert vurğulayıb ki, Azərbaycanda yayılmış zəhərsiz ilanlara gəlincə, onlar 1 növ kor ilan, 1 növ yatağan ilan, 3 növ su ilanları, 17 növ təlxələr olmaqla 22 növdən ibarətdir.

Mütəxəssisin sözlərinə görə, ilanlardan qorunmaq üçün ilanlar yaşayan ərazilərdə diqqətli və sayıq olmaq və 2 metrlik məsafədə ətrafı nəzarətdə saxlamaq lazımdır.

Alim deyir:

“Uzunboğaz çəkmə geyinin, açıq ərazilərdə gecələyrkən ehtiyatlı olun, əvvəlcədən yoxlamamış əlinizi qapalı əraziyə salmayın və sair. İlanla rastlaşan zaman özünüzü itirməyin, sakit durun. 2 metrlik məsafədə dayanın. İlanı hirsləndirməyin, vurmağa öldürməyə çalışmayın”.

Təvəkkül İsgəndərov qeyd edir ki, bəzən ilanların yeddi qardaş olduğu deyilir.

Xalq arasında hətda belə bir inanc var ki, onlardan birini öldürdükdə digərləri intiqam almağa çalışır. Təbii ki, belə bir şey yoxdur və bunlar şaiədir.

Mütəxəssisin fikrincə, zülal təbiətli maddə olan ilan zəhəri ilanın üst çənəsində yerləşən zəhər vəzisində əmələ gəlir. Zəhər vəzisindən iri qövs formasında bir cüt zəhər dişləri çıxır. Bu dişlərin içərisi kanal şəkilindədir. Sancma zamanı çənə əzələlərinin yığılması nəticəsində zəhər vəzisi sıxılır və sarı rəngli, şəffaf maye halında olan zəhər bu dişlər vasitəsilə təzyiqlə sancma yerinə yeridilir.

Azərbaycanda yayılmış zəhərli ilanların hamısı gürzələr fəsilinə aiddir. Və Azərbaycanda yayılmış ən təhlükəli növü Levant gürzəsidir. Bu ilan ölçüsünə və zəhərinə görə ən böyüyüdür. Onun zəhəri quru halda 50-150 mq-dır.

İlan zəhəri əczaçılıq sənayesi üçün qiymətli tibbi xammaldır; müxtəlif xəstəliklərə qarşı müalicəvi və profilaktik dərman preparatlarının, ilan sancması zamanı lazım olan qan zərdablarının habelə müxtəlif kosmetika vasitələrinin hazırlanmasında istifadə olunur. Hazırda ilan zəhərinin yeni tətbiq sahələrinin axtarışı davam etdirilir, o cümlədən, xərçəng və QİÇS xəstəliyinin müalicəsində istifadə prespektivləri öyrənilir.

“Azərbaycanda hazırda 19 kiloqrama qəər kristallaşdırılmış ilan zəhəri var. Bu zəhərlər 1989-cu ildən qaldığı üçün öz tərkibini dəyişib, yəni əvvlki qədər faydalı deyil. Amma haırkı vəziyyəi ilə belə müxtəlif proseslər üçün faydalıdır”-deyə alim əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »