Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfilyan: “Rusiya əl-qolumuzu bağlayıb”
Kreml, Moskva, Rusiya

Ermənistanın Rusiyadan gözləntisi həmişə çox olub. Qarabağ məğlubiyyətindən sonra da bu ölkədə sülhməramlıların gəlişinə daha çox sevinirdilər, nəinki Azərbaycanda. Amma Ermənistanda Rusiyanın əleyhinə fikirlər də az səslənmir.

Bizimyol.info xəbər verir ki, “Milli Demokratik Zolaq”ın nümayəndəsi, “Sasna Tsrer” partiyasının üzvü Jirayr Səfilyan şimal dövlətini tənqid edib. Siyasətçi Rusiyanın Ermənistana səmimi münasibət göstərmədiyini deyib.

“Əksinə, Rusiya əl-qolumuzu bağladı ki, türklər bıçağı kürəyimizə saplasın. Son yüz il ərzində bizim siyasi düşüncəmizin əsas problemi o olub ki, türk qılıncı ilə rus çəkməsinin arasında seçim etməyə çalışmışıq. Biz həmişə demişik, xalqa müraciət etmişik ki, bizim mövcudluğumuzun təmin olunması bu dilemma məcburiyyətindən yaxa qurtarmaqdadır. Əlbəttə, son qarşıdurmaya qədər bizi dinləyən yox idi. Amma hamı şahid oldu ki, ruslarla türklər razılaşaraq bizi sözün hərfi mənasında necə qırdılar”.

Səfilyan diqqəti həm də Türkiyə ilə sərhəddə Rusiya hərbi bazasının yerləşməsinə çəkib. Partiya nümayəndəsi bunun Ermənistana heç bir fayda gətirmədiyini bildirib.

“44 günlük əməliyyatlar göstərdi ki, Rusiya istəsəydi, bizə hava hücumunun qarşısını alardı. Amma niyə bunu yalnız 40-cı gün etdilər? Düşmən Qafanda, Gorusda, Geqarkunikdə hava hücumundan müdafiə obyektlərimizi darmadağın edəndə onlar haradaydı? Kollektiv təhlükəsizlik haqqında razılaşma təşkilatı haradaydı? Xalqımız buna qədər sözlərimizə ciddi yanaşmaya bilərdi. İndi əminəm ki, başqa cür düşünürlər”.

Səfilyan Ermənistanın keçmiş dövlət başçılarının görüşündən də danışıb. Siyasətçi beş prezidentin müzakirə etdiyi məsələlərin gizlin saxlanılmasını tənqid edib. Səfilyan deyib ki, Ermənistanın vəziyyəti Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın, Arkadi Qukasyanın, Bako Saakyanın dövründə də yaxşı olmayıb. Səfilyan bu adamların vahid bərbad sistemə xidmət etdiyini bildirib.

Səfilyan Livanda doğulub. O, 90-cı illərdə Şuşada xüsusi batalyona rəhbərlik edib. Son illər siyasi fəaliyyətə başlayıb.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »