Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ATƏT-in missiyası ilə bağlı narahatdır
ATƏT

Ukraynanın Rusiya ilə hərbi qarşıdurmasının getdiyi Donbas bölgəsində 2014-cü ildən bu yana çalışan ATƏT-in Xüsusi Müşahidə Missiyasının səlahiyət müddəti 2021-ci ilin martın 31-də başa çatır.

“Report” xəbər verir ki, hazırda missiyanın mandatının daha bir il uzadılıb-uzadılmayacağı müzakirə olunduğu bir vaxtda münaqişə bölgəsində vəziyyət gərginləşib.

Bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi bütün qərarların konsensusla verildiyi ATƏT-də bu məsələyə dair yekdil fikir olmadığını, ona görə də mandatın uzadılmaması ehtimalının artdığını açıqlayıb: “Beləliklə, aprel ayının əvvəlindən ATƏT Rusiya-Ukrayna münaqişəsinin həllini dəstəkləmək üçün başlıca təsir vasitəsindən məhrum ola bilər”.

Belə ki Normandiya formatı çərçivəsində təhlükəsizliyin təminatına dair əldə edilmiş Minsk razılaşmalarının yerinə yetirilməsi kəskin çətinləşər.

“Bizim BMT, Avropa İttifaqı, yaxud NATO himayəsində sülhməramlı missiyamız yoxdur. Burada beynəlxalq nəzarət yalnız ATƏT-in Xüsusi Müşahidə Missiyasından ibarətdir. Odur ki, bu missiyanın burada qalması bizim üçün çox mühümdür”, - deyə Ukraynanın Vyanadakı beynəlxalq təşkilatları nəzdində daimi nümayəndəsi Yevhenii Tsımbaliuk daha əvvəl “Ukrinform”a bildirib.

Ukrayna rəsmiləri də ATƏT missiyası getsə, hazırda nəzarət etmədikləri ərazilərə Rusiya ordu hissələrinin də yeridiləcəyini istisna etməyiblər.

Xatırladaq ki, bu günlərdə ATƏT-in, habelə bu təşkilatın Ukraynadakı Xüsusi Müşahidə Missiyasının büdcəsinin qəbul olunmasının Ermənistan tərəfindən əngəlləməsi xəbəri verilib. Bununla da rəsmi Yerevan həm ATƏT-in nüfuzuna və səmərəli fəaliyyətinə xələl gətirib, həm də Ukraynaya qarşı bədxah niyyətlərini büruzə verib.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »