Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"COVİD-19-a yoluxmanın yeni sıçrayışı müşahidə olunur" - Həkimdən açıqlama
koronavirus

COVİD-19 xəstəliyi yenidən bütün dünyanı ağuşuna alaraq, sürətlə yayılmaqda davam edir. Azərbaycanda da koronavirusa yoluxmanın yeni sıçrayışı müşahidə olunub. Koronavirusdan həyatını itirənlərin sayı artıb.

Mütəxəssislərin fikrincə, virus artıq bir neçə dəfə mutasiya edib. Koronavirusun ən yoluxucu hesab edilən Britaniya, Cənubi Afrika və Braziliya ştammları daha təhlükəlidir.

Həkim Sevindik Şirinov Bizimyol.info-ya bildirib ki, xəstəliyə yoluxanların sayı artmaqda davam etsə, növbəti dəfə qapanmaya gətirib çıxaracaq.

Sevindik Şirinov Sevindik Şirinov

“Təəssüflər olsun ki, koronavirusa yoluxanların sayı gündən-günə artmaqda davam edir. Mütəxəssislərin fikrincə virus artıq mutasiyaya uğrayır. Bu dəfə koronavirusa yoluxanların vəziyyətini əvvəlki yoluxan xəstələrlə müqayisə etdikdə görünür ki, xəstəlik organizimdə daha ciddi fəsadlar buraxır.

Bayram günlərində təəssüflər olsun ki, yoluxanların sayı artmaqda davam etdi. Bir tərəfdən yoluxanların sayı artıqca insanlarda psixoloji gərginlikdə artır. Xəstəliyin artması, həm də növbəti dəfə qapanmalara getməsi öz-özlüyündə bir tip insanlara psixoloji gərginlik yaradıŕ,-deyə S.Şirinov bildirib.

Həkim karantin rejiminin qaydalarına ciddi riayət etməyə çağırıb: “Gigiyenik qaydalara riayət etməklə və peyvənd olunmaqla özünüzü və əzizlərinizi bu təhlükəli xəstəlikdən – COVİD-19-dan qoruya bilərsiniz”.

Qeyd edək ki, 30.03.2021-ci il tarixinə olan məlumata görə, koronavirusa yoluxanların sayı 2146 nəfər, ölüm sayə isə 25 nəfər olub.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »