Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror Yunis Səfərova ömürlük cəza tələb etdi
Elmar Vəliyev

Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror çıxış edib.

Bizimyol.info xəbər verir ki, prokuror təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş terrorçuluq, qəsdən adam öldürməyə cəhd, dövlət çevrilişi, qanunsuz silah saxlama və s. ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib. O, təqsirləndirilən şəxslərdən keçmiş icra başçısı və onu mühafizə edən polisi odlu silahla öldürməyə cəhddə suçlanan Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Yunis Səfərov Yunis Səfərov

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Anar Bağırovun hüquqi varisi qismində tanınan bacısı Aynur Bağırova prokurorun çıxışına etiraz edib. Qardaşının təqsirsiz olduğu halda, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldüyünü bildirib.

Məhkəmə prosesi aprelin 13-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.

2018-ci ilin iyulunda Elmar Vəliyevi öldürməyə cəhd edən Yunis Səfərov məhkəmədə ifadə verərkən sabiq icra başçısını əhaliyə qarşı davranışlarına görə öldürmək istədiyini bildirib. Hərəkətindən peşman olmadığını vurğulayan Yunis Səfərov onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib və onların azadlığa buraxılmasını istəyib. O, terror törətmək, dövlət çevrilişinə cəhd etməsi haqda ittihamda yazılanları da təkzib edib.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »