Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından imtina üçün Prezidentə müraciət edib
Hüseyn Abdullayev

Keçmiş deputat Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından imtina etmək istəyir. Bəstəkar bunun üçün dövlət başçısı İlham Əliyevə müraciət edib.

Bizimyol.info xəbər verir ki, üç ildir həbsdə olan Hüseyn Abdullayev vacib qərar qəbul edib. O, Azərbaycan vətəndaşlığından çıxmağı düşünür. Keçmiş deputat prezidentə müraciətində xeyli mənəvi, psixoloji işgəncələrə məruz qaldığını, səhhətində ciddi problemlər yarandığını bildirib. Hüseyn Abdullayev həyatını itirmək təhlükəsilə üzləşdiyini yazıb. O, başqa çıxış yolu olmadığını vurğulayıb.

“Mənim mərhum atanızla nə qədər yaxın olduğumu, onun mənə nə qədər inandığını və dövlətçiliyimizin bərkidilməsi istiqamətində heç nəyimi əsirgəmədiyimi Siz də bilirsiniz. Bir Allah şahiddir ki, nə mən, nə də məndən uzaq düşən anam bu cür zülmü, məlum qüvvələrin təzyiqlərini haqq etməmişik. Ona görə də mən uğrunda can qoyduğum, sabitliyi üçün gəncliyimi sərf etdiyim Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Öz elimdə düşmən kmi qəbul edilməyim məni belə bir ağır qərara vadar etdi”.

Abdullayev məktubunda həbsini təşkil edən qüvvələrin haqqında yanlış fikir formalaşdırdığını qeyd edib. Keçmiş deputat böhtanla üzləşdiyini bildirib. Onun ailə üzvləri də Hüseyn Abdullayevin başqa yolu olmadığını düşünür.

Məktubda yazılıb ki, BMT-nin Əsassız həbslərlə bağlı İşçi Qrupu Abdullayevin Azərbaycana təhvil verilməsini qanunsuz sayıb, həbs edilən şəxsin təcili azadlığa buraxılması haqda qərar çıxarıb. Amma qərar icra olunmayıb.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə həbs edilmişdi. Almaniyada sığınacaq almış keçmiş deputat haqqında müxtəlif şəxslərin şikayəti əsasında cinayət işi başlanıldığı bildirilmişdi. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası verilib. Həmin hökmlə onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »