Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyandan sülh, Rusiya sülhməramlılarının nəzarətində olan separatçılardan müharibə mesajları - Politoloqdan açıqlama
Rüstəm Muradov və Araik Harutyunyan

Ermənistanın baş nazir Nikol Paşinyan və digər rəsmilər Azərbaycanla əlaqələrin normallaşdırılması, kommunikasiyalarin açılması istiqamətində sülhün əldə ediləcəyini, Ermənistan artıq qonşularla normal münasibətlər quracağı mesajlar verir.

Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan separtçıların rəhbərliyi isə yeni "ordu" quruculuğundan danışır.

Martın 28-də Ermənistanın Armavir bölgəsinin sakinləri qarşısında çıxış edən baş nazir Nikol Paşinyan deyib ki, Ermənistan iqtisadiyyatının inkişafı bölgədə məqbul münasibətlər hesabına baş verə bilər.

"Ermənistan təkcə Azərbaycanla deyil, həm də region ölkələriylə sərhədləri açmalıdır, hazırda bu cür imkanlar var", - bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan martın 28-də ölkəsinin İctimai kanalındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın iqtisadi blokadadan çıxması müharibə sonrası sülh bəyanatının imzalanmasından sonra başlayıb.

Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan separtçıların rəhbərliyi isə yeni "ordu" quruculuğundan danışır.

İddialara görə, onlar birbaşa Rusiya sülhməramlı qüvvələrinin təlimati ilə belə açıqlamalar verir.

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info-ya bildirib ki

Ermənistanın problemlərdən xilasının yeganə yolu Azərbaycan və Türkiyə arasında əlaqələrin yaranmasından keçir.

Anar Əliyev Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Ermənistanda mart ayının ortalarında ilk dəfə baş nazir Paşinyan tərəfindən Zəngəzur dəhlizinin açılmasının həm Ermənistanın, həm də Azərbaycanın maraqlarına xidmət etməsi ilə bağlı cəsarətli fikir səslənmişdi. Bu, onu göstərir ki Ermənistandakı mövcud hakimiyyət Azərbaycanla Türkiyə ilə münasibətlərin qurulmasında, miqrasiyanın dərinləşməsində, kommunikasıya əlaqələrinin qurulmasında maraqlıdır. Çünki onlar çox gözəl dərk edirlər ki Ermənistanın mövcud problemlərdən xilasının yeganə yolu Azərbaycanla Türkiyə arasında əlaqələrin yaranmasından, qarşılıqlı iqtisadi münasibətlərin formalaşmasından keçir. Çox yaxşı haldır ki oxşar fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da səsləndirdi. Ermənistan hökumətində müəyyən dairələr mövcud reallıqları daha düzgün dərk edirlər”,-deyə A.Əliyev bildirib.

Politoloq təəssüflə qeyd edib ki hələ də Azərbaycanın bəzi ərazilərində müəyyən səbəblərdən separatçı qurum və rəhbərinin fəaliyyətinə son verilməyib: “Xüsusən, separatçılar Araik Arutyunyan və Vitaliy Balasanyan münasibətlərə zərər vura biləcək cəfəng bəyanatlar səsləndirirlər və “qərar”lar verirlər. Məsələn, Qarabağda rus dilinin ikinci dövlət dili elan edilməsilə bağlı qərar verilib.

Azərbaycan Prezidentinin bu ilin fevralın 26-da yerli və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında bildirdi ki Azərbaycanda bir rəsmi dil var, o da Azərbaycan dilidir. Bununla da Azərbaycan dövləti konkret mövqeyini ifadə edib.

Təəssüf ki bölgədə olan Rusiya sülhməramlıları öz səlahiyyət hədlərini aşaraq fəaliyyətlərinə aid olmayan məsələlərlə məşğul olurlar. Məlumatlara görə, separatçıların müəyyən addımlara təhrik edilməsində sülhməramlı qüvvələr aparıcı rol oynayır.

Azərbaycan İNTERPOL xətti ilə bir çox müharibə canilərini axtarışa veribdir. Axtarışa verilən şəxslərdən ikisi Araik Arutyunyan və Vitaliy Balasanyandır.

Hesab edirəm ki separatçı hərəkatı tamamı ilə çökdürmədən, məhv etmədən Qarabağda tam olaraq dövlət suverenliyini və azərbaycanlı icması ilə erməni icmasının birgə yaşayışını təmin etmədən bizim üçün məqbul variant Araik Arutyunyanın qalmasıdır. Çünki digər şəxs daha aqressiv olar bilər, yenidən terror hadisələri törədə bilər. Onlar gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Paşinyan Azərbaycanın maraqlarına necə xidmət edirsə, Qarabağda yaşayan ermənilərin sözünü eşitdiyi bir şəxs kimi Araik Arutyunyanın qalması daha yaxşı olardı.

Münasibətlər tam bərpa olunduqdan sonra Qarabağda azərbaycanlı icması ilə erməni icması arasında qarşılıqlı münasibətlər və etimad mühiti formalaşdıqdan sonra hərbi cinayətlərdə iştirak etmiş şəxslər qanunun ən sərt üzü ilə laiqli cəzalarını alacaqlarına inanıram”.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »