Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanlara çox ağır xəstələr gəlir"
Sahib Məmmədov

Koronavirusa yoluxmuş hüquq müdafiəçisi Sahib Məmmədov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Bu barədə S.Məmmədov özü məlumat verib.

O, bundan sonra müalicəsini ev şəraitində davam etdirəcəyini bildirib.

"Buna iki səbəb var. Birincisi səhhətimdə nisbi yaxşılaşmadır. Yoluxma nəticəsində yan xəstəliklərin nəticəsi olaraq hələ uzun müddət bərpa prosesi keçməliyəm. Hətta danışanda belə yoruluram deyə hələlk zənglərinizə də cavab verə bilmirəm. İkinci səbəb xəstəxanada yerlərin dolması idi. Xəstəxanlara çox ağır xəstələr gəlir. Bəlkə bu yeni mutasiyadır. Hər halda mən bir palatanı boşaltmaqla həm də yeni xəstələrin qəbul olunmasına imkan yaratdım", - S.Məmmədov əlavə edib.

Qeyd edək ki, S.Məmmədov koronavirusa yoluxduğu üçün mart 15-də Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »