Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toy mərasimi keçirənlər cərimələnib, restoranın inzibatçısı barədə iş məhkəməyə göndərilib - Video
Şadlıq sarayı, toy

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən restoranların birində toy mərasiminin keçirilməsi aşkalanıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Toy sahiblərinin hər biri 400 manat, mərasiminin təşkilinə şərait yaradan restoranın müdiri barəsidə 4000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. Restoranın inzibatçısı barəsində toplanmış material isə Nizami rayon Məhkəməsinə göndərilib.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »