Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
31 Martı dünyaya bağırmaq lazımdır
31 Mart soyqırımı

Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır.1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradıldı.

“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirildi. Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov bu qanlı tarix barədə bizimyol.info-ya bunları danışdı:

31 Mart azərbaycanlıların soyqırımı günüdür. 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. Azərbaycanda milli qüvvələrə rəhbərlik edən “Müsavat”ın nüfuzu isə günbəgün artırdı. Bundan qorxuya düşən bolşevik-daşnak qüvvələri Bakını inqilabla əksinqilab arasında mübarizə meydanına çevirmək niyyətində idilər. 1918-ci ilin yanvar-fevral aylarında özlərinə arxayın erməni zabit və əsgərləri Bakı küçələrində sərbəst hərəkət edir, istədikləri özbaşınalıqları törədir, qarətlər edirdilər. Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar isə narahat olmağa başlamışdılar. Martın 30-da gündüz saat 4-də müsəlmanlardan təşkil olunmuş nümayəndə heyəti Bakı Soveti İcraiyyə Komitəsinin qarşısına gələrək silahların geri qaytarılmasını tələb edirdilər. P.Caparidze müsəlman liderlərinə söz vermişdi ki, silahların qaytarılması məsələsini Qafqaz ordusunun İnqilabi Müdafiə Komitəsinin iclasına çıxaracaq və orada həmin məsələnin müsbət həllini müdafiə edəcəkdir. Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanına toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açır, beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama “start verilir”. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil alır, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilir. Onların çoxunun meydləri tapılmır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alov bürümüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyalarına, “İsmailiyyə”nin binasına od vurmuşdular. Milli qırğınların miqyası Bakı ilə yanaşı, Şamaxı, Quba, Gəncə, Salyan, Lənkəran, Şuşa, Zəngəzur, Naxçıvan, İrəvan qubersniyasını, habelə Arazın o tayındakı dinc azərbaycanlılar yaşayan əraziləri əhatə etmişdir. Təkcə mart ayında Şamaxının 58 kəndi erməni silahlı birləşmələri tərəfindən məhv edilmişdir. Təxminən 8 mindən çox insan öldürülmüşdür. 1918-ci ildə 15 min əhalisi olan şamaxıda bu rəqəm 1921-ci ildə 1.701 nəfərə enmişdir. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan Cümə məscidi yandırılmışdı. Xüsusi amansızlıqla həyata keçirilən soyqırımı zamanı 410 min kv km Azərbaycan torpağında yarım milyon dinc əhali qətlə yetirilmiş, onların yarıdan çoxu tanınmaz hala salınmışdır. Amansız üsullarla kütləvi qırğın törətmiş erməni generalı Amazasp Şaumyana ünvanladığı məktubda təkcə Quba qəzasında 10 mindən artıq müsəlmanı qətlə yetirdiyini fəxrlə yazırdı. Müxtəlif tarixi mənbələrə əsasən, Amazaspın başçılıq etdiyi hərbi dəstə Quba qəzasında 1.800 uşaq, 2.000-ə yaxın qoca və yaşlı qadın qətlə yetirilmişdir. Həmin insanlardan 3 mini Qubanın şimal hissəsindəki Qudyalçay sahilində basdırılmışdır”.

Ermənilərin tariximizə , türk dünyasına vurduğu zərbələrin, tökdükləri qanların həddi- hüdudu yoxdur. Amma biz bunu dünyay yetərincə tanıda bilmişikmi? Bəşər tarixinə gəlmiş – keçmiş ən vəhşi irq kimi düşməli olan bu xalqın etdiklərinə elə onlar qədər vəhşi ideologiyaya malik, lakin üzünə demokrat, humanist maskası taxanlar göz yummaqla qalmır, onları ən qorxulu silah kimi istifadə edirlər. Məlum məsələdir ki, dünyada bir çox həqiətlərin açılmasında və ya “ dəfn edilməsində” medianın əvəzsiz rolu var. Ermənilərin törətdikləri bu vəhşiliklərin dünyaya daha çox çatdırılması, gözlərə qulaqlara doldurulması yönündə güclü bir kampaniya başladılmalı, lazım gələrsə bunun üçün güclü maliyyədən istifadə edilməlidir. Bu günə qədər oğru elə bağırıb, doğrunun bağrı yarılıb. Daha bağırmaq sırası bizdə. Kar, kor ədalətin qulaqları duysun deyə.

İlhamə Rəsulova

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - Video
››› Krımda 2 azərbaycanlı saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »