Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus bəlası və Ramazan ayı: Oruc kimlərin öhdəsindən götürülə bilər?
Ramazan ayı, məscid

Mübarək Ramazan ayı yaxınlaşır və hələ də koronavirus bəlası dünyada hökm sürməkdə davam edir. Keçən il olduğu kimi bu il də oruc tutmaq istəyən insanlarda narahatlıq, qorxu var. Çünki uzun müddət susuz-yeməksiz qalmaq immun sistemini zəiflədə bilər. Koronavirus isə immuniteti zəif olan insanlarda daha ağır formada özünü göstərir.

Digər tərəfdən isə həkimlər məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olaraq su içməyi məsləhət bilirlər. Çünki bədəndəki su çatışmazlığı onun (virusun) aradan getmə ehtimalını azaldır. Belə ki, boğaz quru olduğu zaman ora virus düşərsə, onun tənəffüs sisteminə keçməsi üçün münbit şərait yaranır. Qeyd olunan vəziyyətdə su içmək, virusun mədəyə düşüb orada məhv olmasına yardım edir. Sadalanan səbəbə görə bu il, müsəlmanların öhdəsindən Ramazan ayının orucu götürülərmi? Xəstəliyə yoluxub sağalmış insanlar oruc tuta bilərmi?

Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu məsələlərdə həkimlər tərəfindən çox fərqli fikirlər söylənilir. Qəti hansısa fikri söyləməyə mütəxəssislər də çətinlik çəkir.

“Keçən il olduğu kimi bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Ona görə də, insanlar bu xəstəliyin yayılması ilə bağlı xüsusi qaydalara riayət etməlidir.

Virusa yoluxan insanlar müalicə olunduğu müddətdə oruc tutmur. Lakin yoxluxub sağalmış insanlarla bağlı həkimlərlə məsləhətləşmişik və onlar bildiriblər ki, oruc tutmaq onların səhhətinə mənfi təsir göstərmir. Yəni, insan dərman qəbul edirsə, xəstəliyi varsa və yaxud ciddi, dözülməz zəiflik onda müşahidə olunursa, o zaman oruc tutmaya bilər. Digər hallarda isə orucunu əvvəlki qaydada tutmalıdır.

Ona görə, bu kimi hallarda su içmək üçün orucun pozulması məqbul deyil. Dinimiz buna icazə vermir. Lakin ciddi səbəb olarsa, həkimlər bunu təsdiq edərsə, o zaman ayrı-ayrı insanlar üzrlü sayılar. Amma ümumi olaraq suyun qəbul edilməsi üçün orucun pozulması düzgün deyil”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »