Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Can bazarında ölmüşük, ağlayanımız yox...
Aptek

Pandemiyadan sonra ölkə əhalisinin dərman pereparatlarına olan tələbatı sanki artıb . Ümumiyyətlə, hansı xəstəxanaya ayaq bassan, uzun növbələrlə rastlaşırsan, hansı aptekin qapısını hansı saatda açırsan, içəridə ən az 2 alıcıya rast gəlirsən.

Sabit olmayan həyatın verdiyi stress özünü müxtəlif şəkildə xəstəliklərlə üzə verir. Çox zaman xəstəxanaya gedib müayinə olmağa imkanları olmayanlar da elə aptekdəki əzcazçının məsləhəti ilə cibinə uyğun dərman axtarır. Elə bu zaman maraqlı məqam üzə çıxır. Hər dərmana hər aptekdə fərqli qiymət qoyulur.Şəhərin mərkəzində olan geniş apteklərdə bir qayda olaraq dərmanlar daha baha, ətraf rayonlarda daha münasib qiymətlərə satılır. Cibə uyğun dediyimiz dərmanların bir çoxu isə yeni ad altında fərqli istehsalçıların təqdimatında daha baha qiymətə satılır. Məsələn, bir zamanlar apteklərdə 70 qəpiyə satılan Doksistsiklin tableti indi Yunidoks Solyutab adı altında bəzi apteklərdə 9 manat 90 qəpyə, bəzilərində 11 manata, bəzilərində 15 manata satılır. İmmunitetin artırılması üçün vacib olan o ucuz dərmanları indi istəsəniz də tapa bilməyib ən az 19-20 manatlıq sipoplara möhtac qalacaqsınız.

Ucuz valerian, karvalol isə hara yoxa çıxıb, bunu apteklərdə işləyənlər də bilmirlər. İş o yerə çatıb ki, 1 manatlıq valerianı da tanış- bilişə altdan satırlar.

Apteklərdə bununla bağlı sorğu-sual edəndə bildirilir ki, Tarif Şurasının təsdiq etdiyi dərmanaların hamsıı eyni qiymətə satılır. Molekul olmayan, bitki mənşəli, başqa sözlə dərman hesab edilməyən preparatlara isə apteklər özləri tələbə uyğun qiymət təyin edirlər.

Alıcılarda yaranan suallar da bu məhsullardan qaynaqlanır. Mütxəssislər hesab edirlər ki, bioloji atqısı olan dərmanların satışına da nəzarət gücləndirilməlidir. Səhiyyə Nazirliyinin xüsusi qurumu qiymətlərə nəzarət etməlidir. Qiymətlərini dövlətin tənzimlədiyi dərmanların son bir neçə ay ərzində bahalaşması fikirlərini aidiyyəti qurumlar rədd edirlər.

İqtisadiyyat Nazirliyinin sektor müdiri Mətin Bədəlov bizimyol.info-ya verdiyi açıqlamada bildirdi ki, Tarif Şurası tərəfindən heç bir qiymət artımı həyata keçirilməyib. Bu il dörd yüzə qədər dərmanın qiyməti təsdiq olunub. “Bunlar da köhnə qeydiyyatdan keçmiş dərman vasitələridir Vətəndaşlar hansısa dərmanın qiymətində artım müşahidə edərlərsə, bu barədə antiinhisar xidmətinin qaynar xəttinə müraciət etsinlər”,- deyə o bildirdi.

Nümunə üçün adıçəkilən qaynar xəttə dəfələrlə zəng etsək də, telefonu açıb “nə dərdin var ?” deyən olmadı, Nazirlik deyir biz qaldırmamışıq, apteklər deyir dərman bizə belə gəlir. Sən vurmadın , mən yıxılmadım. Bəs bu necə olur? Belə çıxır ki, həmişəki kimi bütün hadisəlrdə günahkar olan xalq özü aldığı məhsula artıq pul verməyə maraqlıdır. 1 manatlıq dərmanı qəsdən 2 manata alır.

İlhamə Rəsulova

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
Son xəbərlər
Bütün xəbərlər »