Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yığılan pullar hara gedir: “Azərbaycan əhalisini bunlardan xilas etmək lazımdır”
Pul - manat - Büdcə

“Bələdiyyə Azərbaycanda tutmayan bir sistem oldu. Yəni, Azərbaycanda icra hakimiyyəti struktoru qala-qala bələdiyyələrin fəaliyyətə başlaması, onları lazımsız bir seçkili orqan halına gətirib. Demək olar ki, bələdiyyələrin bizim gündəlik həyatımızda heç bir prosesə təsiretmə imkanları yoxdur. Hətta bələdiyyələr öz üzvlərinə belə maaş verə bilmirlər. Yalnız sədr və komisiya sədri maaş alır. Belə bir qurumdan nə fayda gözləmək olar?”

Bunu Ağ Partiyanın sədri Tural Abbaslı Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda bələdiyyə sistemi ləğv edilməlidir.

Tural Abbaslı Tural Abbaslı

“Təbii ki, bələdiyyələr haqqında qanun var. Qanuna görə onlar vergi toplamalı, öz büdcələrini formalaşdırmalı, quruculuq işləri ilə məşğul olmalıdırlar. Buraya bizim gündəlik yaşantımızı yüngülləşdirmək və daha keyfiyyətli hala gətimək üçün bir çox işlər daxildir. İl ərzində bələdiyyələrin saxlanılması üçün dövlət büdcəsindən kifayət qədər pul ayrılır. Lakin bələdiyyələrin heç bir fəaliyyəti yoxdur. Həttə həmin seçildikləri ərazidən demək olar ki, heç kim onları tanımır. Onların işi insanlardan guya “qanunla” vergiləri toplayıb, özlərinə maaş yazmaq, bu və ya digər yolla həmin pulları öz aralarında bölüşdürməkdir. Onsuzda gərgin olan xalqda əlavə gərginlik yaradır.

Mənim təklif edirəm ki, ümumiyyətlə Azərbaycanda bələdiyyə sistemi ləğv edilsin. Özünü doğrultmamış bir sistemdir, təsir mexanizmləri yoxdur və belə görsənir ki, doğrultmayacaq. Bələdiyyələr bu dəqiqə dövlət büdcəsinə, Azərbaycan əhalisinə əlavə yükdür. İnzibati bina tuturlar, yer məşğul edirlər, yerli insanları bezdirirlər. Bu bələdiyyə sistemi ləğv edilsə, daha yaxşı olar.

Düzdü indi kimsə oxuyub deyəcək Tural bəy anti-demokratik təklif verir. Amma biz insanların real həyatına müsbət təsir edəcək addımlar atmalı, qərarlar, qanunlar verməliyik. Faktiki olaraq bələdiyyələr iş görmür və insanların onsuzda əlavə ödənişləri, qaz, işıq, su və s. var. Bir tərəfdən də bələdiyyə gəlib pul yığır. Bu çox lazımsız qurumdur və Azərbaycan əhalisini bunlardan xilas etmək lazımdır”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Hansı halda sərt karantin ola bilər...
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »