Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan son üç ildə ikinci dəfə istefaya gedir
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verəcəyi tarixi açıqlayıb. O, vəzifədən apreldə gedəcək. Amma bu, Paşinyanın siyasi səhnəni birdəfəlik tərk etməsi anlamına gəlmir. Paşinyan son üç ildə ikinci dəfə istefaya gedir. Hökumət rəhbəri bu dəfə də plansız deyil.

Bizimyol.info xəbər verir ki, baş nazirin rəhbəri olduğu “Mənim addımım” bloku parlament seçkilərində iştirak edərək qalib gəlməyi düşünür. Radikal müxalifət isə seçkiyə “satqının hakimiyyətdən uzaqlaşdırılması və vətənini xilası” kimi yanaşır.

Paşinyan Armavir vilayətinin sakinləriylə görüşündə çox vacib açıqlama verib. O, istefaya məhz hakimiyyətdə qalmaq üçün razı olduğunun bildirib.

“Mən apreldə istefa verəcəyəm. Bunu getmək üçün yox, növbədənkənar parlament seçkiləri naminə edəcəyəm. Bu dövrdə mən baş nazirin səlahiyyətlərinin icra edən adam kimi qalacağam. Seçicilərin dəstəkləyəcəyi halda mən ölkəyə daha yaxşı xidmət edəcəyəmə söz vermişəm. Seçicilərin dəstəyini görməsək, sakitcə hakimiyyəti qalib gələn qüvvəyə təhvil verəcəyik”.

Ermənistanda siyasi iqtidarla müxalifət uzun danışıqlardan sonra növbədənkənar seçkilər keçirməklə bağlı qarşılıqlı razılaşma əldə edib. Səsvermənin iyunun 20-də keçirilməsi nəzərdə tutulub. Paşinyan qərarı yaranmış daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolu adlandırıb.

Ermənistan müxalifəti bildirir ki, baş nazir istefaya həm də hakimiyyətdə qalmaq üçün gedir. Paşinyanın öz planları var. Hələ 2018-ci ildə məxməri inqilabdan sonra parlament oxşar səbəblə buraxılmışdı. Onda seçkili orqanda Ermənistan Respublika Partiyasının say çoxluğu vardı. Paşinyan bu tendensiyaya son qoymaq qərarına gəldi. İndiki parlamentdə isə baş nazirin tərəfdarları çoxluq təşkil edir. Paşinyan hadisələrin onların xeyrinə işləyəcəyinə böyük ümid bəsləyir və gələcəyə nikbin baxır.

İşxan Saqatelyan İşxan Saqatelyan

Ermənistan müxalifəti indi çox güclü görünməsə də, hər halda, Paşinyan hakimiyyətinə son qoymağa çalışır. “Vətənin xilası hərəkatı”nın nümayəndəsi İşxan Saqatelyan son mitinqdə bildirib ki, baş nazir hüquqi baxımdan istefaya gedir. Amma bunu de-fakto istefa gerçəyinə çevirmək lazımdır.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »