Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda COVID-19 xəstələri çarpayı növbəsi gözləyirlər
Ermənistanda COVID-19 xəstələri çarpayı növbəsi gözləyirlər

Ermənistanda koronavirusa yoluxmuş 150-yə yaxın şəxs xəstəxanaya yerləşdirilməsini gözləyir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə səhiyyə nazirinin müavini Qevorq Simonyan “Facebook” hesabında yazıb.

"COVID-19 testi müsbət olan 149 vətəndaş xəstəxanaya yerləşdirilmək üçün növbələrini gözləyir. Epidemiya vəziyyətində müsbət dönüş olmazsa, çarpayı sayı tükənəcək", - deyə Simonyan bildirib.

Bundan əvvəl, Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin direktor müavini Qayana Saakyan COVID-19 xəstələri üçün çarpayı sayının tükəndiyini söyləyib.

“Hazırda Ermənistanda koronavirusla bağlı çətin vəziyyət yaranıb. Sistemimiz kifayət qədər yüklənib, çarpayı sayı tükənir və xəstəliyə yoluxmada təxminən 90% artım var”, - Saakyan deyib.

Onun sözlərinə görə, bu tendensiya Ermənistanda davam edərsə, bir həftə ərzində 7 min yeni yoluxma halı gözlənilir: "Bu cür göstəricilərlə xəstəxanalarda boş yer olmayacaq və yenidən xəstəxanaya yerləşmək üçün növbələr yaranacaq".

Son xəbərlər
Bütün xəbərlər »