Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda karantin qaydalarını pozan obyektlər aşkarlanıb
Lənkəranda karantin qaydalarını pozan obyektlər aşkarlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən 1 çay evinin karantin rejim qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi, 1 “PlayStation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib. Həmin obyektlərlə bağlı 4 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb.

Son xəbərlər
Bütün xəbərlər »