Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan açıq şəkildə əməkdaşlığa çağırıb: "Biz düşmənçiliyi artırdıqca, onlar da artırır"
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan özünü əvvəlki hökumət rəhbərləri kimi aparmırdı. O, Azərbaycanı açıq-aşkar qıcıqlandırmağa çalışır, təxribatçı davranış ortaya qoyurdu.

Paşinyan Azərbaycan vətəndaşlarının heysiyyatına toxunmaqdan çəkinmirdi. Amma Azərbaycanın qələbəsi başqa gerçəyi üzə çıxardı. Ermənistan qüvvələri darmadağın oldu, ölkədə siyasi başıpozuqluq yarandı. İndi baş nazir daha əvvəlki kimi danışa bilmir. Keşmiş jurnalist sanki ya cəsarətini itirib, ya da şüurlu şəkildə öz ölkəsini acı reallıqla üz-üzə gətirir.

Bizimyol.info xəbər verir ki, Paşinyan cəmiyyəti düşmənçilikdən imtinaya çağırır. O, Armavir vilayətinə səfəri zamanı bunun çox vacib olduğunu bildirib: “İndi yaranmış situasiyada biz ortaya məqsəd qoymalıyıq ki, Ermənistanın yeni yolları olsun. Yeni yollar, kommunikasiyalar yaranmalıdır”.

Paşinyan qeyd edib ki, indi ölkə iqtisadiyyatı daha çox bir yoldan asılı qalıb. Baş nazir Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsini nəzərdə tutuduğunu deyib. Paşinyan təəssüflə bildirib ki, həmin yol günlərlə bağlı qala bilir, uzun avtomobil növbələri yaranır: "Eə indi də o yolda yüzlərlə maşın növbədə qalıb".

Baş nazir dəmiryolunun əhəmiyyətindən də söz açıb. Hökumət rəhbəri bunun üçün müəyyən qərarlar qəbul etməyin vacibliyini vurğulayıb.

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

“Bildiyiniz kimi, İrana və Rusiyaya dəmiryol xətlərimiz Azərbaycandan keçir. Biz anlamalıyıq ki, yolumuzun onların ərazisindən keçdiyi halda Azərbaycanın da yolunun bizim ərazidən keçməməsi mümkün deyil. Biz bölgəyə baxışımızı dəyişməliyik. Bəli, deyirlər, bilirik ki, bölgədə düşmənimiz var. Amma əvvəl-axır qəbul edək ki, biz onları nə qədər düşmən sayırıqsa, onlar da bizi bir o qədər düşmən hesab edir. Biz düşmənçiliyi artırdıqca, onlar da artırır”.

Paşinyan deyib ki, Ermənistan üçün qənaətbəxş mühit yaranmalıdır. Amma bunun üçün əvvəlcə ölkənin bölgəyə münasibəti dəyişməlidir.

Baş nazir Armavir səfəri zamanı başqa məsələlərdən də danışıb. O, növbədənkənar parlament seçkilərinə ümidsiz getmədiklərini bildirib. Paşinyan hakimiyyətdə qalacağına inandığını gizlətməyib. Baş nazir deyib ki, seçkidə uduzsalar, sakitcə gedəcəklər. Paşinyan qələbə qazanacağı halda daha yaxşı işləyəcəyinə söz verib.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »