Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov AQEM Katibliyinin icraçı direktoru ilə görüşüb
Ceyhun Bayramov

Martın 29-da Tacikistana səfəri çərçivəsində Xarici işlər naziri Ceyhun Bayramovun Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib. Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub.

Kairat Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.

Öz növbəsində nazir Ceyhun Bayramov, Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləcəyini bildirib.

Görüşdə, həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
Son xəbərlər
Bütün xəbərlər »