Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Tacikistan prezidenti ilə görüşüb
Ceyhun Bayramov

Türkmənistanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovu prezident Emomali Rahmon qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat verib.

Qeyd edilir ki, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.

Tacikistan Prezidenti cənab Emomali Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğuladı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət etdi.

Tacikistan Prezidenti Azərbaycanın COVİD-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğuladı və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.

Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan Prezidentinə təşəkkürünü bildirdi və Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırdı. Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verdi.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »