Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbdən Şərqə gedən ox - Turan iqtisadi Birliyi yaranır"
Türkiyə və Azərbaycan bayraqları

Martın 22-də Özbəkistanın Termiz poliqonunda Türkiyə-Özbbəkistan hərbçilərinin birgə təlimləri başlayıb. Təlimlər ikitərəfli hərbi əməkdaşlıq planına uyğun həyata keçirilib və dünən başa çatıb. İki ölkənin silahlı qüvvələri təlimlər çərçivəsində yaxın döyüş, çətin şəraitdə sağ qalma və digər elementləri məşq edirlər.

Bu son zamanlar türk xalqlarının dövlətləri arasında yaranan isti xəbərlərin daha bir nümunəsidir. Bundan öncə Türkmənistanla Azərbaycan arasında buzların əriməsi, daha sonra Azərbaycanla Qazaxıstan. Qazaxıstanla Türkiyə və son olaraq Türkiyə ilə Özbəkistan arasında yaranmış hərəkətlilik türk dünyasının qar altından yenidən baş qaldırması, böyük Turan ideyasının reallaşdırılması yolunda ilk addım kimi də dəyərləndirilə bilər. Siyasi şərhçi Turab Rzayev də hesab edir ki, bir zamanlar əfsanə kimi görülən Turan dövləti iqtisadi birlik formasında artıq yaranıb.

Turab Rzayev Turab Rzayev

“Hazırda mövcud vəziyyət onu göstərir ki, Şərq-Qərb oxu üzərində Türkiyədən başlayıb Pakistana qədər gedən bir yol yaradılıb. Bunu Türk-İslam oxu kimi görmək olar. Bu oxa Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Əfqanıstan və Pakistan daxildir. Nəticədə qərbdən şərqə texnologiyaların axını baş verəcək, şərqdən qərbə isə ucuz istehsal məhsullarının ixracı artacaq.

Yekunda bu yola Çin də qoşula bilər. Çin-Pakistan iqtisadi yolu böyük hərəkətliliyə səbəb ola bilər. Maraqlıdır ki, bu ox vasitəsilə on illər boyunca türk dünyasında süni yaradılmış problemlər həll olunmağa başlayıb. Məsələn, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki mübahisəli yataqda anlaşılmazlıq aradan qalxdı, yatağa “Dostluq” adı verildi. Türkiyə Özbəkistan arasında uzun illərdir gərginlik var idi. FETÖ-çülərin Özbəkistandakı fəaliyyəti ilə bağlı. Artıq bu gərginlik aradan qalxıb və ortaq hərbi təlimlər keçirildi. Qazaxıstan Türkistan şəhərində türk dövlətlərinin növbədənkənar sammitini elan elədi. Düzdür, Rusiyanın təzyiqi ilə bu sammit onlayn versiyada keçirildi. Amma baş tutdu.

Türkmənistanla Əfqanıstan arasında fiberoptik xətt yaradılıb. Hədəf məlumatların Əfqanıstan üzərindən Pakistana ötürülməsi olacaq. Azərbaycan da bu xəttə qoşulacaq. Bildiyimiz kimi Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi Xəzərin dibi ilə Azərbaycanla Qazaxıstana, Türkmənistana, ordan da Pakistana ötürüləcək. Azərbaycan Avropadan gələn məlumatların Çinə qədər ötürülməsi yolunda hab rolunu oynayacaq. Beləliklə bir zamanlar şübhəylə yanaşdığımız, mücərrəd bir ad kimi gördüyümüz Turan dövləti iqtisadi formada yaranır. Bu da əslində ən yaxşı formadır. İqtisadi, mədəni birliklər siyasi birliklərdən fərqli olaraq dağılmağa az meyillidirlər. Öz aralarında siyasi bağı olan ölkələr əvvəl-axır ayrılırlar. İqtisadi bağlar isə onların özlərini bir-birlərinə bağlamağa maraqlı edir. Pakitan və Əfqanıstanın da daxil olduğu Turan İqtisadi Birliyinin artıq təməlləri atılıb. Buna qarşı Şimal-Cənub oxu da formalaşdırılır. Bu, Rusiya, Ermənistan, İrandan Hindistan və Suriyaya uzanan alternativ xətdir”,- deyən ekspert Qərbdən Şərqə atılan bu oxun daha böyük hədəfləri nişan aldığını vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Çexiyadan Aİ və NATO-ya üzv ölkələrə çağırış
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
Son xəbərlər
Bütün xəbərlər »