Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məhkəmələr icra hakimiyyətinin qapazı altındadır”
Femida

Prezident İlham Əliyev 2019-cu il aprelin 3-də məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

“Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır”,- deyə bildirilir.

Hüquqşünaq Namizəd Səfərov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, günü-gündən qaydalar, qanun normaları pisləşməyə doğru gedir.

Namizəd Səfərov Namizəd Səfərov

“Məhkəmələrdə özbaşınalıq baş alıb gedir. Heç bir irəliləyiş yoxdur. Prezidentin belə bir fərmanından sonra biz hiss etməli idik ki, ən azından pisliyə, geriyə gediş yoxdur. Ancaq biz bunun əksini görürük. Məhkəmələrdə, digər qanunun aliliyini təmin etməli olan inzibati hüquq orqanlarında heç bir yenilik yoxdur. Şəxsən mən irəliyə doğru hər hansı addımın atıldığını görmürəm.

Hazırda məhkəmələrə kifayət qədər savadlı insaları təyin ediblər. Lakin məhkəmə icra hakimiyyətinin qapazı altında qalmaqda davam edir. Yəni, onların müstəqilliyini təmin etməyiblər. Ola bilsin ki, hansısa hakim oturub qanuni işə baxır və heç rüşvət də almır. Lakin istənilən icra başçısının sifarişi, göstərişi həll olunur. Elə bir hakim tanımıram ki, o, icra hakimiyyətinin, öz sədrinin və yaxud Ədliyyə nazirliyindən daxil olan hər hansı bir sifarişi yerinə yetirməsin.

Məhkəmənin inkişafı, yaxşıya doğru addımlara daxil etmək olarsa, çox gözəl məhkəmə binaları var. Hər bir hakimin özünün kabineti, köməkçilərinin iş şəraiti çox yaxşıdır. Hərəsinin özünün bir məhkəmə zalı var. Mən Amerikada bir çox məhkəmə zallarında olmuşam. Bəlkə də Azərbaycanda Amerikadakından da yaxşı şərait var. Lakin vətəndaş arxayın deyil ki, hansısa problemi, inzibati orqanın qanunsuz əməli ilə bağlı məhkəməyə şikayət edərsə, onun bu problemi həll olunacaq. İnsanlar problem içərisində boğulurlar. Yeganə üz tutacaqları yer məhkəmədir. Oda ki, qanunları həyata keçirdə bilmir. Yəni, vətəndaşın vəkil tutub oraya getdiyi halda haqlı olduğunu sübut edəcəyinə heç kim qarantiya vermir”,-deyə bildirib.

Hüquqşunas Tağı Hüseynov Bizimyol.info-ya açıqlaması zamanı qeyd edib ki, rayon məhkəmələrində həmin o fərmanın icrası ilə bağlı hakimlərin tərpənişi zəifdir.

Tağı Hüseynov Tağı Hüseynov

“Prezidentin məlum fərmanından sonra məhkəmələrdə xeyli irəliləyiş olub. Xüsusən də, Ali Məhkəmə və instansiyalarında, Bakı Apelyasiya Məhkəmələrində, hətta Sumqayıt Apelyasiya Məhkəməsində də artıq korrupsiya halları demək olar ki, yox olub. Lakin əfsuslar olsun ki, rayon məhkəmələrində həmin o fərmanın icrası ilə bağlı hakimlərin tərpənişi zəifdir. Çox zaman qulağmıza gəlib çatır ki, filankəs ədalətsiz qərar verdi, qətnamə çıxardı, hökm verdi və ya hansısa korrupsiya halına yol verdi. Bəli, hələ də belə hallarla rastlaşırıq. Digər tərəfdən isə daha yuxarı instansiyalarda şükürlər olsun ki, şəffaflıq artıq təmin olunmaq üzrədir”.

Leyla Mirzə

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »