Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya “Sputnik V” vaksinini niyə xaricdən alır?
Vaksin - peyvənd
Rusiya hökuməti “Sputnik V” vaksininin istehsalı üzrə Cənubi Koreya ilə müqavilə bağlayıb və bu ölkə artıq Rusiyaya peyvənd göndərib. Hindistandan bir şirkətlə də eyni plan həyata keçiriləcəkRusiya “Sputnik V” vaksinini dünyaya alimlərinin uğuru kimi təqdim edir. Amma ölkənin peyvəndləmə proqramı idxal olunan vaksindən də asılıdır. Bu haqda “The New York Times” qəzeti yazır.

Qəzet yazır ki, razılaşmaların şərtləri açıqlanmadığından idxalın miqyasını dəyərləndirmək çətindir. “Amma bunlar Rusiyanın vaksin ixracatçısı kimi pandemiyada rolu haqda ehtiyacı olan ölkələr qarşısındakı təqdimatına ziddir”, – məqalədə bildirilir. İdxalın gələn həftələr və aylar ərzində sürətlənəcəyi gözlənir.

Rusiya rəsmiləri ötən payız deyirdilər ki, xaricdəki istehsal ölkənin tələbatının yalnız bir qismini ödəyə bilər. Amma o vaxtdan idxal olunan məhsul haqda susublar. Rusiya dekabrda Cənubi Koreyanın GL Rapha şirkətindən iki yük təyyarəsi peyvənd alıb, bir neçə günə daha biri gəlməlidir.

Hindistan diplomatları da Rusiyanın hazırladığı vaksindən bu ölkəyə göndəriləcəyini bildiriblər. Rusiyanın Hindistanla dörd istehsal sazişi imzaladığı xəbər verilir. Rusiyanın özündə vaksin istehsalının ləng getməsinə səbəb istehsalçıların Çindən biotexnologiya avadanlığını əldə edə bilməməsidir.

Prezident ötən həftə Vladimir Putin elan edib ki, ölkədə 8.9 milyon nəfərə vurmağa Sputnik V peyvəndi var. Amma hələlik, əhalinin yalnız 4.4 faizinə azı bir doza vurulub. Avropa Birliyində bu göstərici 10, Birləşmiş Ştatlarda isə 26 faizdir.(virtualaz.org)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »