Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qapanmalara getməliyik, bununla yoluxma azala bilər” - Həkim
Karantin

Bayram günlərində insanlar qızıl qaydalara - maska taxmaq, ara məsafəsini gözləmək, gigiyenik normalara o qədər riayət etmədilər ki, bu gün biz 2 minə yaxınlaşan gündəlik yoluxma sayını müşahidə edirik.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Könül Cəfərova deyib. O bildirib ki, xəstəliyi simptomsuz keçirənlər əhali arasında olduqca yoluxma sayında artımlar müşahidə ediləcək.

"Xəstəliyi gəzdirənlər virusun artmasına səbəb oldu. Artımın çox olmasında yeni yaranan "Britaniya ştammı" da təsirlidir. Burada ölüm faizin yüksək olması qaçılmazdır. Ehtiyatlı olmaq lazımdır, insanlar ara məsafəsini gözləməlidir. Yoluxmanın artmasında ictimai nəqliyyat əsas rol oynayır. Burada insanlar çox olurdu. Lakin bayram müddətində nəqliyyat işləmədi".

Həkim-infeksionist qeyd edib ki, "Britaniya ştammı"nda klinik gediş ağır olur: "COVID-19-da olan ağırlaşmalar virusun "Britaniya ştammı"nda daha çox müşahidə edilir. İy bilmə çox hallarda itir, yüksək qızdırma və boğulma olur. Bəzən insanlar fikirləşir ki, onlara soyuq dəyib. Lakin pandemiya dönəmində heç kəs soyuqdəyməni fikirləşməməlidir. Özümüzü narahat hiss ediriksə, virusa yoluxuduğumuzu fikirləşməliyik".

K.Cəfərova, həmçinin qeyd edib ki, yoluxma hallarının artması aktiv xəstələrin çoxalmasına səbəb olur, nəticədə təcili yardımın, həkimlərin işi artır və xəstəxanalar yüklənir.

"Ağır gedişli xəstələrin olması reanimasiyaların yüklənməsinə gətirib çıxarır. Bunların olmaması, yoluxanların sayının azalması üçün qapanmalara gedilməlidir. Çünki yoluxma sayı artıq iki minə yaxınlaşır. Bu yolla biz yoluxanların sayını azalda bilərik. Qrip, adenaviruslar, resperator viruslara yoluxan bir nəfər 10 nəfəri yoluxdurur, COVID-19 xəstəsi bir gündə 40-50 nəfəri yoluxdura bilər. Buna görə biz qapanmalara getməliyik".

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »