Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi
Diplom

Dövlət qurumları vətəndaşlardan ali təhsil haqqında sənədin (diplom) notarial qaydada təsdiqlənmiş variantının elektron versiyasını öz sisteminə yükləməsini tələb edir.

Bu problemin həlli üçün Təhsil Nazirliyinin diplom bazasının rəqəmsallaşdırması, bu bazanı eGov və myGov Portalına, Dövlət İmtahan Mərkəzinin sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir.

Xatırladaq ki, “Təhsil haqqında” qanuna edilən son dəyişikliyə əsasən artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, vətəndaş onun haqqında dövlət qurumunda (Təhsil Nazirliyində) olan bir məlumatın doğruluğunu başqa bir dövlət qurumuna sübut etmək üçün yenidən başqa bir dövlət qurumuna (Ədliyyə Nazirliyinə) müraciət etməlidir, ödəniş edərək onu təsdiqlətməlidir, onun “scan” versiyasını hazırlamalıdır və nəhayət dövlət qurumunun informasiya sisteminə yükləməlidir.

Osman Gündüz Osman Gündüz

“Qeyd edim ki, eGov Portalında bəzi elektron xidmətlərin yalnız adlarını görmək olur, xidmətin özü aktiv deyil. Ümumiyyətlə, belə müşahidə etmək olur ki, Təhsil Nazirliyinin bir neçə aktiv elektron xidməti eGov portalına inteqrasiya olunmadan ayrı bir resurs üzərindən təqdim olunur.

Təhsil Nazirliyinin diplomlarla bağlı “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” xidməti də yarımçıq bir vəziyyətdədir. Sistem yalnız 2011-2017-ci illər üzrə diplomları yoxlamağa imkan verir. Heç bir quruma inteqrasiya indiyədək baş tutmayıb. Bu bazanı eGov və myGov Portalına, Dövlət İmtahan Mərkəzinin sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir.

Ötən 5 il ərzində ali təhsil müəssisələrində oflayn formada mövcud olan diplom bazasının Təhsil Nazirliyinə inteqrasiyasının indiyədək baş tutmaması təəssüf və təəccüb doğurur. Düşünürəm ki, Təhsil Nazirliyi tez bir zamanda diplom bazasını qaydaya salmalıdır, rəqəmsallaşdırmalı və FİN-ə bağlanmalıdır”,-deyə O.Gündüz bildirib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Bizimyol.info-nun sorğusuna cavabında bildirib ki, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında dövlət sənədi veriləcək.

Təhsil Nazirliyi Təhsil Nazirliyi

“Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcəkdir.

Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

Qeyd edək ki, sözügedən işlər ölkədə təhsil sənədlərinin hazırlanması və verilməsi prosesinin ən son texnologiyaların tətbiqi ilə bütünlükdə elektronlaşdırılması, elektron sənədlərin vahid yoxlama portalı vasitəsi ilə istənilən məkandan həqiqiliyinin yoxlanılması, təhsil sənədlərin daima əlçatanlığı, digər qurumlar tərəfindən hazırlanan elektron notariat, elektron apostil kimi xidmətlərin inteqrasiyası kimi geniş imkanlar yaradacaqdır”,-deyə Təhsil Nazirliyindən bildirilib.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »