Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza niyə tətbiq edilmir? - Rəsmi açıqlama
Şəxsiyyət vəsiqəsi

“Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın tətbiqini təmin edən texniki-texnoloji infrastrukturun və sertifikat xidmətləri mərkəzinin saxlanılması üçün müəyyən məbləğdə vəsait tələb olunur”.

Bu barədə Bizimyol.info-nun informasiya sorğusuna e-imzaya cavabdeh qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilib.

Rabitə Nazirliyi Rabitə Nazirliyi

Nazirlikdən qeyd edilib ki, şəxsiyyət vəsiqəsindəki elektron imza sertifikatlarının aktivləşdirilməsinin vətəndaşın istəyindən asılı olmayaraq (avtomatik) ödənişsiz həyata keçirilməsi və müvafiq xərclərin dövlət büdcəsi hesabına qarşılanması ilə bağlı tərəfimizdən hazırlanan layihə baxılması üçün aidiyyəti qurumlara göndərilib.

Prezident İlham Əliyev 28 noyabr 2014-cü il tarixində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Bildirilirdi ki, yeni şəxsiyyət vəsiqələrində elektron daşıyıcı (çip) yerləşdiriləcək və o vətəndaşın elektron imza funksiyasını da yerinə yetirə biləcək. Belə ki, bu tip şəxsiyyət vəsiqəsi olan hər bir vətəndaş onunla həm öz şəxsiyyətini identifikasiya edə biləcək, həmçinin də elektron sənədi imzalaya biləcək.

2018-ci ildən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqəsi təqdim olunur. Bu vəsiqələrin elektron daşıyıcılarında yerləşən elektron imzalar isə hələ də aktiv deyil. Vətəndaşlar dövlət vəsaitlərinin xərcləndiyi bu şəxsiyyət vəsiqələrindən faydalana, rəqəmsal xidmət və rəqəmsal üstünlük əldə edə bilmirlər.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »